Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Daşa dönmüş ürək

Dərya Qılıc

(müəllif)

Qısa Təsvir:

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsərləri - hekayələr və romandan ibarət e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr", "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 87
    
    


    
Doğmalar da yadlaşarmış

Mehman Rasimoğlu

(müəllif)

Qısa Təsvir:

İstedadlı, məhsuldar şairin bu poeziya toplusunda müxtəlif üslubda qələmə aldığı şeirləri toplanıb: sevgi, insana, vətənə, doğma yurda məhəbbət, həyata maraq kimi duyğular bu lirik əsərlərin əsas motivlərini təşkil edir. Müəllifin özünəxas poetik baxışları, maraqlı dəst-xətti, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda əks olunub. “İlk məhəbbətim” , “Könlüm məhəbbətin harayındadır” və “Doğmalar da yadlaşarmış” adlı şeirlər kitablarınının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Nəsimi” poeziya diplomu mükafatçısı, çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsinin elektron poeziya kitabı.


Baxış sayı: 203
    
    


    
Dağların sədası

Dərya Qılıc

(müəllif)

Qısa Təsvir:

İstedadlı yazıçı, AYB-nin və AJB-nin üzvü Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) yeni yaradıcılıq hesabatı - növbəti romanı. Məhsuldar xanım yazar “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət“, "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 301
    
    


    
Dəmir Yumruq əfsanəsi

Bələdçi

(müəllif)

Qısa Təsvir:

  Kitabda Pərvanə Zəngəzurlunun və Rabitə Talışqızının Ulu Öndər Heydər Əliyevdən yadigar qalan Qalib Vətən sevgisi, 44 günlük müharibə dövründə və qələbəmizdən sonra yazılan vətənpərvərlik şeirləri toplanmışdır. Bu elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.


Baxış sayı: 232
    
    


    
Den Braunun bədii mətnlərində gerçəklik və onun postmodernist strukturu

Yeqzar Cəfərli

(müəllif)

Qısa Təsvir:

Gənc alimin "Den Braunun bədii mətnlərində gerçəklik və onun postmodernist strukturu (“Da Vinçi şifrəsi”, “Cəhənnəm”, “Mələklər və şeytanlar” romanları əsasında") mövzusunda elmi işi əsasında hazırlanmış, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissirtasiyası


Baxış sayı: 285
    
    


    
Dedim bəlkə sözüm qala...

Qalib Rəhimli

(müəllif)

Qısa Təsvir:

İstedadlı qələm sahibinin oxucularla görüşü bu dəfə "Dedim bəlkə sözüm qala..." kitabındakı oxunaqlı əsərləri ilə baş tutdu... Bu kitab sözü bilən və bildiyini cəsarətlə, ürəyinin odu ilə yazan istedadlı jurnalist, publisist, tədqiqatçı, yazıçı Qalib Rəhimlinin yaradıcı ömrünün ehtiva etdiyi ədəbi-publisist düşüncələrinin bir hissəsidir


Baxış sayı: 199
    
    


    
Danışan şəkillər

Xalid Mahmud

(müəllif)

Qısa Təsvir:

Bu kitabda Azərbaycan torpaqları uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Lerikli Cəbrayıl Atamalı oğlu Ağayevin keçdiyi həyat yolu, döyüşlərdə göstərdiyi şücaətlər və onun haqqında ayrı-ayrı qələm adamlarının, yaxınlarının, dostlarının, döyüş yoldaşlarının fikirləri öz əksini tapmışdır. İnanırıq ki, bu kitab oxucuların maraq dairəsinə uyğun bir kitab olacaq.


Baxış sayı: 187
    
    


    
Darıxan sevgilər

Xanlar Həmid

(müəllif)

Qısa Təsvir:

İki hissəyə ayrılmış kitabın ilk bölümündə şairin məhəbbət mövzusundakı lirik şeirləri yer alıb: buradakı eşq, sevgi haqqında yeni deyimlər oxucu üçün təzədir. İkinci bölümdəki müxtəlif şeirlərlə tanış olan oxucular, eyni zamanda, "mənalar bağçası"nda təxəyyüllərinə estetik zövq qatacaqlar.


Baxış sayı: 186
    
    


    
Dağlara sığınan Lüvəsər

Etibar Əhədov

(müəllif)

Qısa Təsvir:

Lənkəranın qədim yaşayış məskənləri silsiləsindən tanınmış yazıçı-araşdırmaçı Hacı Etibar Əhədovun növbəti olduqca maraqlı elmi-kütləvi kitabı.


Baxış sayı: 197
    
    


    
Dünya xalqlarının qida mədəniyyəti, adət və ənənələri

Xatirə Həsənova

(müəllif)

Qısa Təsvir:

Azərbaycan dilində analoqu olmayuan bu dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki Şurasının 02 may 2021-ci il tarixli iclasının 5 saylı protokolu ilə təsdiq edilərək nəşr olunub.


Baxış sayı: 215
    
    


    
Dəmir yumruq

Pərvanə Salmanqızı

(müəllif)

Qısa Təsvir:

İstedadlı gənc xanım şairənin Qarabağ, Vətənpərvərlik və lirik şeirlərdən ibarət ilk poetik toplusu.


Baxış sayı: 194
    
    


    
Dastana dönən igidlər

İltifat Əhmədov

(müəllif)

Qısa Təsvir:

Əslən Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsindən olan Əfqanıstanda, I və II Vətən - Qarabağ müharibələrində igidlik göstərərək şəhidlik zirvəsinə qalxmışlar, eləcə də qazilər və qəhrəmanlar haqqında kitab


Baxış sayı: 186