Fatma Həsənqızı. "Acılı-şirinli günlər. Şəddat Cəfərli - 80". “Azərbaycan çağdaş milli sənədli-publistik ədəbiyyatı” silsiləsindən bu kitab tanınmış ictimai-mədəni xadim, peşəkar poliqrafçı və yazıçı Ş.Cəfərovun həyat və yaradıcılığına həsr olunub...
Faiq Hüseynbəyli. "Sevgi heykəli. Şeirlər toplusu . İstedadlı gənc şairin bu yeni toplusu Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi çərçivəsində işıq üzü görüb.
Fərid Hüseyn. "Sevdiyim əsər. 101 ədəbi söhbət". Kitabda dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur.
Firuzə Məmmədli. “Seçilmiş əsərləri”. Onuncu cild. Poeziya və elmi-bədii əsərlər kitabı. Yeni e-kitaba görkəmli şairə-publisist, filoloq alim Firuzə xanım Məmmədlinin son illər yazdığı poetik və elmi-publisitik əsərləri daxil edilib.
Fikrət Qoca. "Seçilmiş əsərləri". Səkkiz cilddə. IV cild. Ədəbiyyatımızın görkəmli nümayəndəsi, xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın vətən və mənəvi dəyərlər aid şeirlər kitabı.
Firuzə Məmmədli. “Seçilmiş əsərləri”. Doqquzuncu cild. Şeirlər toplusu. Bu yeni e-kitaba tanınmış şairə-publisist, filoloq alim F.Məmmədlinin son illər yazdığı poetik əsərlər və "Fədailər" poeması daxildir.
Famil Öməroğlu. "Bir yalan, bir doğru". Poetik toplu. Kitab gənc müəllifin oxucularla ilk görüşüdür: şairin dünya, zaman, həyat və sevgi haqqında lirik-poetik fikirləri öz əksini tapır. Kitabdakı rəsmlər müəllifin özü tərəfindən çəkilmişdir. Ayrı-ayrılıqda, sonrasında gələn mövzunu ifadə etsə də, ümumilikdə kitabı əhatələyir.
Firuzə Məmmədli. “Söz məqamı”. Şeirlər toplusu. Təkmilləşdirilmiş II nəşri Bu yeni e-kitaba tanınmış şairə-publisist, filoloq alim F.Məmmədlinin müxtəlif vaxtlardaqələmə aldığı lirik-poetk əsərlər daxildir.
Firuze Memmedli. "Sözlerim gönlümü almaya geliyor". Türkçe. Firuzə Məmmədli. "Sözlərim könlümü almağa gəlir". Poetik toplu. Türk dilində. Bu kitab tanınmış şairə-alim Firuzə Məmmədlinin müxtəlif illərdə qələmə aldığı seçilmiş şeirlərinin türk dilində - qardaş Türkiyədə, İstanbul şəhərində çap olunub.
Firuzə Məmmədli. “Söz macalı”. Şeirlər toplusu. Bu yeni e-kitaba tanınmış şairə-publisist, filoloq alim F.Məmmədlinin müxtəlif vaxtlardaqələmə aldığı lirik-poetk əsərlər daxildir.
Feyzə Əlimuradova. "Turizmin inkişafının əsas istiqamətləri". Dissertasiya. Kitabda qloballasan dünyada inteqrasiya siyasətini prioritet seçmis Azərbaycan Respulikası digər sahələrdə oldugu kimi turizm xidmət sahəsində də dünya miqyasında lider mövqelərdə durmagı hədəf qəbul etməsindən bəhs edilir.