Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Kərkükün rüzigarı. 60 məqalə

Şəmsəddin Kuzəçi

(müəllif)

Qısa Təsvir:

Bu kitab İraq - Türkman şairi, yazıçı-jurnalist Dr. Şəmsəddin Küzəçinin 60 illik yubileyi münasibətilə hazırlanmışdır. Şəmsəddin Kuzəçi ixtisasca jurnalistir. O, bu sənətin incəliklərini bilməklə yanaşı jurnalistakaya elmi yanaşmanı təmin etmiş, 2008-ci ildə Ankara “Qazi Universitetinin Radio TV və Kino” ixtisasında “İraq mətbuat tarixi” mövzusunda müdafiə edərək magistr elmi ixtisas dərəcəsi almışdır. İraq mətbuat tarixinə dərindən bələd olduğu üçün yazdığı məqalələri də birbaşa hədəfə dəymişdir.


Baxış sayı: 90
    
    


    
Kəndimizin ilk alimi - Kamal Dadaşov

İltifat Əhmədov

(müəllif)

Qısa Təsvir:

Təcrübəli, peşəkar jurnalist, yazıçı-publisist İltifat Əhmədov sayca beşinci kitabını hazırda Lənkəranda - Aşağı Nüvədi kəndində doğma ata ocağında ömrünün ahıl çağlarını yaşayan, 95 yaşlı, filologiya üzrə fəlsəfə doktoru, professor Kamal Dadaşovun mənalı, şərəfli ömür yoluna, elmi-pedaqoji fəaliyyətinə həsr etmişdir. Kitabda alimin şəcərəsi, uşaqlıq, yeniyetməlik, gənclik illəri, tələbəlik, aspirantlıq, ümumtəhsil və ali məktəblərdəki müəllimlik dövrü, elmi ezamiyyətləri, beynəlxalq konfranslarda, simpo ziumlarda çıxışları, ailə üzvləri haqqında məlumatlar və s. professorun öz dilindən nəql edilir. İltifat Əhmədovun bundan əvvəl “İllərin söz çələngi” (2019), “Vətən sənə oğul deyir” (2020), “Dastana dönən igidlər” (2021) və “Xeyriyyəçi Hacı Ərşad” (2024) kitabları işıq üzü görmüşdür.


Baxış sayı: 126
    
    


    
Kabuldan əsən külək

Əliyev İlham

(müəllif)

Qısa Təsvir:

“Kabuldan əsən külək” romanı, çətin və məşəqqətli yolun başlanğıcında olan gənc bir əfqan qadının mübarizəsindən bəhs edir. Berfada, yeganə övladını qorumaq naminə doğrulub böyüdüyü doğma kəndini tərk etməyə məcbur qalır. Heç vaxt kəndindən kənara çıxmayan gənc ananı böyük şəhərdə gözlənilməz sınaqlar qarşılayır. Berfadanın hekayəsi təkcə əfqan qadınlarının deyil, müharibə və qarşıdurmaların kölgəsində qalan bütün dünya qadınlarının mübarizəsinin rəmzidir.


Baxış sayı: 175
    
    


    
Kulturoloji layihə: Heydər Əliyevin Əbədi Mirası

Bələdçi

(müəllif)

Qısa Təsvir:

YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanan rəqəmsal nəşrlərdə Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna, siyasi-dövlətçilik fəaliyyətinə işıq salınır. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.


Baxış sayı: 150
    
    


    
Kreativ-innovativ «Qırmızı Kitab»

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

(müəllif)

Qısa Təsvir:

Bu e-kitablar Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən reallaşdırılan “Kreativ-innovativ "Qırmızı Kitab": gənclərin ekoloji neo-maarifçilik hərəkatı” adlı eko-kreativ layihəsi çərçivəsində hazırlanır.


Baxış sayı: 650
    
    


    
Kreativ-innovativ "Qırmızı Kitab". Layihə

Bələdçi

(müəllif)

Qısa Təsvir:

“Kreativ-innovativ "Qırmızı Kitab": gənclərin ekoloji neo-maarifçilik hərəkatı”. Eko-Kulturoloji Layihə. Bu e-materiallar Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən reallaşdırılan “Kreativ-innovativ "Qırmızı Kitab": gənclərin ekoloji neo-maarifçilik hərəkatı” adlı eko-kreativ layihəsi çərçivəsində hazırlanır.


Baxış sayı: 647
    
    


    
Könlümün eşq fəsli

Xanlar Həmid

(müəllif)

Qısa Təsvir:

İstedadlı şair-publisist, araşdırmaçı, tərcüməçi Azərbaycan Yazıçılar Birliyinin üzvüünün bu yeni şeirlər kitabıdakı lirik əsərlərində müəllif zəmanənin və zamandaşlarının poetik-lirik obrazlarını yaratmağa çalışır, çağdaş insanın duyğularını poetik dillə verməyə çalışır.


Baxış sayı: 658
    
    


    
Kulturoloji Azərbaycan

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

(müəllif)

Qısa Təsvir:

Seçmə məqalələr toplusunda YYSİB sədri, tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun Azərbaycanın kulturoloji-mədəni xəritəsi, eləcə də dövlətimizin mədəniyyət siyasəti, Prezident İlham Əliyevin humanitar sahəyə qayğısı və başqa mövzular araşdırılır.


Baxış sayı: 666
    
    


    
Kulturoloji Azərbaycan: mədəniyyətimizin tanıtımı

Bələdçi

(müəllif)

Qısa Təsvir:

"Kulturoloji Azərbaycan: mədəniyyətimizin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müsabiqəsi çərçivəsində YYSİB tərəfindən reallaşdırılır.


Baxış sayı: 637
    
    


    
Kiaskarın son savaşı

Qəni Camalzadə

(müəllif)

Qısa Təsvir:

Kitabları Azərbaycanda və xaricdə nəşr olunan tanınmış yazıçı-publisistin tarixi romanı uzaq tariximizin ən qalmaqallı səhifələrinə həsr olunub. Topluda yazıçının yeni oxunaqlı hekayələri də verilib.


Baxış sayı: 892
    
    


    
Kəsilməyən həyəcan fiti

Faiq Balabəyli

(müəllif)

Qısa Təsvir:

20 Yanvar 1990-cı ilin ədəbi salnaməsi. “20 Yanvar hadisələrinin mahiyyətinin təbliği” layihəsi çərçivəsində çapa hazırlanıb


Baxış sayı: 649
    
    


    
Komandir. Roman

Şərif Ağayar

(müəllif)

Qısa Təsvir:

Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş romanı real faktlar əsasında qələmə alınıb. Əsərdə R.Orucovun həyatının və 25 illik mübarizəsinin bir qismi öz əksini tapıb


Baxış sayı: 654