Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Onun daş nağılı

Mahirə Nağıqızı

(müəllif)

Qısa Təsvir:

AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının növbəti poetik kitabı. Bu, şairin əsasən son üç ildə, müxtəlif mövzuları əhatə edən şeirlər toplusudur. Bu kitabda insan üçün ən mərhəm duyğuların poetik təzahürü olan şeirlərdə haçansa gördüyünüz, yaxud cizgilərini yaddaşınızda canlandırdığınız mənzərələri, o mənzərələrin komponentlərini təşkil edən detalları, başlıcası, bütün bunların fövqündə dayanmış əbədiyaşar ideallarla baş-başa qalacağınıza şübhə etmirik. Ona da inanacaqsınız ki, insan duyğuları və məntiqinin tandemindən yaranan həmin ideallar bəşəriyyətin ömrü qədərdir.


Baxış sayı: 201
    
    


    
O dünya

Yalçın Nəbiyev

(müəllif)

Qısa Təsvir:

İstedadlı yazıçının bu yeni kitabına "O dünya" romanı daxil edilib. “O dün­ya” ro­ma­nı müx­tə­lif prob­lem­lə­rin həl­li­nə işıq sal­ma­sı ilə se­çi­lir. Ya­zı­çı fan­ta­zi­ya­sı­nın, bə­dii tə­fək­kü­rü­nün məh­su­lu olan bu ro­man­da mü­əl­li­fin Tan­rı sev­gi­si­nə rəğ­bə­ti, di­ni fa­na­tiz­mə qar­şı ba­rış­maz möv­qe­yi öz ək­si­ni tap­mış­dır.


Baxış sayı: 372
    
    


    
Ölümsüzlər. I cild

Elşad Barat

(müəllif)

Qısa Təsvir:

Bu yeni e-nəşr II Qarabağ - Vətən müharibəsinin ölümsüz qəhrəmanları haqqında sənədli-bədii kitabın I cildinin elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 226
    
    


    
Ölməzlik yolunun yolu

Vahid Məhərrəmov

(müəllif)

Qısa Təsvir:

Bu e-nəşr II Qarabağ - Vətən müharibəsi iştirakçısı Cəbrayıl, Qubadlı, Laçın rayonları uğrunda gedən döyüşlərdə vuruşmuş, göstərdiyi qəhrəmanlığa görə “Qarabağ” ordeninə, bir çox medallara layiq görülmüş baş leytenant Həsən Rzazadənin döyüş və ömür yoluna həsr olunmuş toplunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 216
    
    


    
Ömrün işıq payı

Etibar Əhədov

(müəllif)

Qısa Təsvir:


Baxış sayı: 179
    
    


    
Ölümsüz Qəhrəmanlar

Gülayə Könül (Rzayeva)

(müəllif)

Qısa Təsvir:

Toplu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən reallaşdırılan "İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” üçaylıq layihəsi çərçivəsində nəşr olunub.


Baxış sayı: 203
    
    


    
Ömür çırağı sönmədi

İdris Şükürlü

(müəllif)

Qısa Təsvir:

Lənkəranlı Azərbaycanın Milli Qəhrəmanı, Əsgər Hacı Ələkbər oğlu Əliyev haqqında sənədli-bədii povest. Latın qrafikası ilə təkrar e-nəşri


Baxış sayı: 182
    
    


    
Olumla ölüm arasında

Hüseyn İsaqoğlu (Məmmədov)

(müəllif)

Qısa Təsvir:

Kitab istedadlı müəllifin eyniadlı povesti və mətbuatda işıq üzü görmüş məqalələri verilib. Bu bədii və publisitik yazılar ədəbiyyatsevərlərin diqqətini cəlb edəcək.


Baxış sayı: 190
    
    


    
Oyanan ruhlar

Ədalət Əroğlu

(müəllif)

Qısa Təsvir:

Məhsuldar şair, peşəkar hüquqşünas, tanınmış düşüncə adamı Ədalət Əroğlunun yaradıcılığında Qarabağ, vətən harayı poetik-bədii rənglərlə verilir. Qələmə aldığı lirik-poetik mövzular oxucu qəlbinə tez yol tapır. Bu topludada müəllifin vətənpərvərlik və lirik şeirləri toplanıb.


Baxış sayı: 206
    
    


    
Onlar qəhrəmandır

Bələdçi

(müəllif)

Qısa Təsvir:

Faiq Səfərov (Balabəyli), Elnur Nəhmət və Kəmalə Səfərova. Kitabda I Qarabağ və 44 günlük Zəfər Savaşında torpaqlarımızın suverenliyi uğrunda gedən döyüşlərdə,Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhidlər və qazilərin həyat yolundan, göstərdikləri qəhrəmanlıqdan bəhs olunur.


Baxış sayı: 177
    
    


    
Orxan Aras. "Avropada Azərbaycan..." Bədii nəsr və ədəbi publisitik əsərlər toplusu. Almaniyada yaşayıb-yaradan, əslən Türkiyə Cümhuriyyətindən - Anadolu torpağı, İqdırdan olan azərbaycanəsilli yazıçı-alimin elektron kitabı.

Orxan Aras

(müəllif)

Qısa Təsvir:

Orxan Aras. "Avropada Azərbaycan..." Bədii nəsr və ədəbi publisitik əsərlər toplusu. Almaniyada yaşayıb-yaradan, əslən Türkiyə Cümhuriyyətindən - Anadolu torpağı, İqdırdan olan azərbaycanəsilli yazıçı-alimin elektron kitabı.


Baxış sayı: 197
    
    


    
Oğuz Özdem. "Anne N’olur Artık Ağlama!". Türkçe. Oğuz Özdəm. "Ana, nə olar, ağlama!". Ədəbi-bədii nəsr kitabı. Türk dilində. Nevşehir, mart 2017.

Bələdçi

(müəllif)

Qısa Təsvir:

Oğuz Özdem. "Anne N’olur Artık Ağlama!". Türkçe.  Oğuz Özdəm. "Ana, nə olar, ağlama!". Ədəbi-bədii nəsr kitabı. Türk dilində. Nevşehir, mart 2017-ci il nəşri.


Baxış sayı: 176