Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Qadın məlahətinin sirri

Allahverdi Eminov

(müəllif)

Qısa Təsvir:

Tanınmış yazıçı, alim, esseistin oxuculara təqdim olunan bu kitabı dünya ədəbiyyatında, elmində və publisistikasında hələ də “açıq” qalan mövzuya həsr edilmişdir: İlahidən Yer üzünə göndərilən qadın aləminin sehrli möcüzələri, təkrarsız məlahiyyəti, ilğım şəhvət hissi. Müəllif bu essesində bütövlükdə qadın məlahətindən irəli gələn vərdişlərinə, yataq həzinliyinə, ruhi – cismani məhəbbətinə toxunmaq istəmişdir. Fərdi yaradıcılıq psixologiyasından və bədii–elmi üslubundan qaynaqlanan təsvirləri, ricətləri oxucuların estetik tələbatlarına cavab verir, onlarda həyatsevərlik hissi aşılayır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. P.S. Diqqqət: 18 yaşdan yuxarı oxucular üçün...


Baxış sayı: 106
    
    


    
Qalibiyyət nəğmələri

Gülayə Könül (Rzayeva)

(müəllif)

Qısa Təsvir:

Bu elektron nəşr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən, “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən reallaşdırılan "Yeni nəslin kreativ baxışları” ikiaylıq layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 735
    
    


    
Qəlbimdən qopan incilər

Rəna Qurbanlı Qılıcova

(müəllif)

Qısa Təsvir:

Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsinin yeni elektron kitabı. Müəllifin indiyə qədər 10 toplusu - “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı kitabları işıq üzü görüb. Bu kitabında müxtəlif səpkili lirik əsərləri toplanıb. Sevgi aləmi, insana sayığı, həyata maraq kimi duyğular bu şeirlərin əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyo, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda əks olunub.


Baxış sayı: 664
    
    


    
Qırx dörd günün sədası

Rəna Qurbanlı Qılıcova

(müəllif)

Qısa Təsvir:

Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsinin poetik kitabının elektron variantı. Şairənin 10 poetik toplusu -  “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı kitabları nəşr olunub. Vətən sevgisi, insana sayığı, şəhidlərə və qazilərə hörmət kimi duyğular təqdim olunan kitabın əsas motivlərini təşkil edir. Özünəməxsüs dəst-xətti, orjinal forma və məzmun əlvanlığı, fərqli deyim tərzi, ifadə zənginliyi müəllifi yaradıcılığında qırmızı xətt kimi keçir.


Baxış sayı: 678
    
    


    
Qəmli səadət

Dərya Qılıc

(müəllif)

Qısa Təsvir:

Dərya Qılıc (Nailə Bahadır qızı Qılıcova ) 1958-ci il dekabrın 31-də Sumqayıt şəhərində, ziyalı ailəsində anadan olub. AYB-nin və AJB-nin üzvüdür. Məhsuldar xanım yazar “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət“, "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb.


Baxış sayı: 706
    
    


    
Qarabağın flora və faunası

Məlahət Qəmbərova

(müəllif)

Qısa Təsvir:

Bu e-kitablar Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən reallaşdırılan “Kreativ-innovativ "Qırmızı Kitab": gənclərin ekoloji neo-maarifçilik hərəkatı” adlı eko-kreativ layihəsi çərçivəsində hazırlanır.


Baxış sayı: 642
    
    


    
Qəhrəmanlıq zirvəsi

Qəni Camalzadə

(müəllif)

Qısa Təsvir:

Bu növbəti e-nəşr Hacı Qəni Camalzadə və Ədhəm Məmmədovun müştərək yazdığı, II Qarabağ müharibəsində iştirak edən, Bakının Nərimanov rayonundan olan, Milli və Vətən qəhrəmanı tituluna layiq görülmüşlər haqqında sənədli-publisitik, ensiklopedik məlumat kitabının elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 651
    
    


    
Qələbə eşqiylə böyüyən kapitan

Sevil Gül Nur

(müəllif)

Qısa Təsvir:

II Qarabağ - Vətən müharibəsi qəhrəmanı şəhidlik zirəvəsinə ucalmış kapitan Nihad Babayevin həyat və döyüş yolundan bəhs edən bu kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 645
    
    


    
Quranın qısa təfsiri, təcvidi və hərflərinin möcüzələri

Mənzər Ağayeva

(müəllif)

Qısa Təsvir:

İlahiyyatçı Mənzər Ağayevanın “Quranın qısa təfsiri, təcvidi və hərflərinin möcüzələri” kitabı Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunub.


Baxış sayı: 669
    
    


    
Qara Qarayevi anarkən. Вспоминая Кара Караева

Bələdçi

(müəllif)

Qısa Təsvir:

Elmi məqalələr toplusunda, Azərbaycan və rus dilində XX əsr peşəkar Avropa musiqisinin görkəmli nümayəndəsi Qara Qarayev və milli bəstıəarlıq məktəbimiz, musiqisi sənətinə həsr olunmuş elmi-kütləvi yazıları toplanıb. Milli incəsənətimizin müxtəlif sahələrinə həsr olunmuş bu yazıları kiçiksənət ensiklopediyası kimi də oxumaq mümkündür.


Baxış sayı: 650
    
    


    
Qarabağ mətbəxi

Tahir Əmiraslanov

(müəllif)

Qısa Təsvir:

Azərbaycan - Qarabağ mətbəxi haqqında maraqla oxunan müxtəsər yemək ensiklopediyası. Tahir Əmiraslanov və Aynurə Əmiraslanovanın həmmüəllifliyi ilə hazırlanıb.


Baxış sayı: 658
    
    


    
Qarabağ: dünən və bu gün

Tahirə Məmmədova

(müəllif)

Qısa Təsvir:

Azərbaycan mədəniyyətinin qədim qatını təşkil edən Qarabağ tarixi və mədəniyyəti haqqında unikal kitab - araşdırma.


Baxış sayı: 651