Əslən Lənkərandan olan istedadlı şair-publisitin bu poetik kitabı Vətən - I və II Qarabağ müharibəsinin poetik tarixçəsi, Zəfərin estetik carşısı kimi torpaq uğrunda vuruşan, şəhid olan, əbədiyyətə qovuşan qəhrəman haqqındadır.
Rəhilə Gülgün. "Göylər adamı": Yazıçı, alim, pedaqoq Mir Cəlal Paşayev. Müəllif görkəmli elm və ədəbiyyat adamının həyat-yaradıcılığına həsr etdiyy esse - araşdırmasında yeni yozumlardan yararlanır.
Rövşən Yerfi. "Yerfi silsiləsi". Kiçik esselər. Azərbaycan nəsrində ilk olaraq, xidmət əməkdaşı kimi məhbəs romanı ("Üzdəniraq ada" (2003)), məhbəs pyesi ("Sanitarlar" (2017)), qadın cəza evi haqqında povest (“Qadın düşərgəsi” (2006)), pyes (“Həbsxana bənövşəsi”(2013) və HIV təhlükəsi barədə hekayə (“HIV qasırğası”(2007)) yazmış Rövşən Yerfinin bu kitabı düşünməyi sevənlər üçündür. Kitaba müxtəlif mövzularda yazılan 51 kiçik esse, 21 mənsur şeir və bir neçə şeir toplanıb.
Razil Vəliyev. "Payız yağmuru". Tatarıstanda yaşayan tanınmış ictimai-ədəbi xadiminin Azərbaycan dilində ilk elektron - poetik kitabı: DGTYB-nin nəşri. Tatarıstan Respublikasının Abdulla Tukay adına Dövlət, Musa Cəlil adına Respublika Ödülü laureatı, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, görkəmli ictimai və dövlət xadimi, xalq şairi Razil Vəliyevin şeirlərini (rusca və tatarcadan) dilimizə tanınmış şair-publisist Həyat ŞƏMİ çevirib.
Ramiz Abbaslı. "Ximera". Roman. Hərbi-vətənpərvərlik mövzusunda bədii nəsr kitabı. Vətəndaşın satqın çıxıb öz vətəninə, xalqına xəyanət etməsi yenilik deyil, bu cür hadisələr olub və olacaq. Düşmən tərəf belələrinin xidmətindən çox məmnuniyyətlə istifadə edir. Əvvəllər qayda beləydi ki, təhlükəli virus daşıyıcıları olduqları üçün onları məhv edirdilər. İndiki zamanda bu, qadağandır. Ona görə də vətən xainləri yaşayır, təhlükəli virusun yayılmasına şərait yaradırlar. Yazıçı Ramiz Abbaslının "Ximera" romanında bu məsələdən söz açılır.
Rasim Gənzəli. "Qızıl türklərdən biri". Araşdırma. Azərbaycan Yazıçılar Birliyinin üzvü, əslən Naxçıvan MR Ordubad rayonu Gənzə kəndindən olan, səhhətindəki problemlərə baxmayaraq yazıb-yaradan istedadlı nasirdən maraqlı bir araşdırma-kitab.
Rasim Gənzəli. "Qərib gecələr". Povest. Azərbaycan Yazıçılar Birliyinin üzvü, əslən Naxçıvan MR Ordubad rayonu Gənzə kəndindən olan, səhhətindəki problemlərə baxmayaraq yazıb-yaradan istedadlı nasirdən maraqlı bir əsər.
Rövşən Yerfi. "Müqəssir". Roman. Təqaüddə çıxmış ədliyyə qulluqçusu, tanınmış yazıçı-publisitin bu yeni romanı cəmiyyətimizdə ictimai problemə çevrilmiş, ailə faciələrindən - erkən nigah, qısqanclıq və qətldən bəhs edən həyat hekayətidir. Həm mövzusuna, həm də yazı tərzinə görə, əsərin çağdaş ədəbiyyatımızda mühüm bir hadisə olduğuna inanırıq.
Rüfət Kasumov. "Beynəlxalq turizm bazarı". Monoqrafiya. “Mədəni turizmin inkişafında intellektual təşəbbüslərin dəstəklənməsi” kreativ layihə çərçivəsində yayımlanan bu monoqrafiyada beynəlxalq turizm bazarı araşdırılır.
Rasif Əhmədov. "Dərs". Sənədli povest və bədii hekayələr. Kitabda yazıçı-publisist R.Əhmədov Azərbaycanın çağdaş tarixi, Ermənistan- Dağlıq Qarabağ problemi ilə bağlı kəsərli-dəyərli fikirlərini ədəbi formada təqdim edir.
Rafiq Oday. "Qərib ruhların nəğməsi". Şeirlər kitabı. Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan istedadlı şair, AJB Sumqayıt şəhər təşkilatının sədri respublikanın Əmək dar jurnalisti Rafiq Odayın yeni kitabı.