Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Türk xalqları ədəbiyyatı. Dərslik

Elman Quliyev

(müəllif)

Qısa Təsvir:

Dərslikdə - kitabda türk xalqları ədəbiyyatının (Türkiyə türk, özbək, türkmən, qazax, qırğız, tatar, İraq-türkman) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil olunmuşdur.


Baxış sayı: 66
    
    


    
Tənha çiçək

Rəna Qurbanlı - Qılıcova

(müəllif)

Qısa Təsvir:

Azərbaycan ədəbiyyatının məhsuldar nümayəndəsinin növbəti - yeni elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 10 poeziya kitabı - “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı şeirlər və poemalardan ibarət toplusu işıq üzü görüb. Bu kitabında müxtəlif səpkili epik-lirik əsərləri, 3 poeması toplanıb. Ailə-məişət, mənəviyyat-əxlaq, müxtəlif insanların sevgi aləmi, insanlara sayığı, həyata maraq, detektiv olaylar kimi məsələlər bu poemaların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyi, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda da əks olunub.


Baxış sayı: 185
    
    


    
Tale yolları

Dərya Qılıc

(müəllif)

Qısa Təsvir:

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) yeni elektron - oxunaqlı bədii nəsr əsərlərindən ibarət kitabı. Tanınmış yazıçı “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 201
    
    


    
Təbiət dilini öyrədir bizə

Şahin Həmidli

(müəllif)

Qısa Təsvir:

Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı və məhsuldar nümayəndəsinin yeni poetik kitabının elektron variantı. Şairin indiyə qədər 6 kitabı - "Dağlar çağırır məni", "Ürəyimə gələn söz", "Mənim ürəyimə köçüb kəndimiz", "Təbiət yaşadır məni", "Torpaqdan baharın nəfəsi gəlir" və "Təbiət dilini öyrədir bizə" şeirlər toplusu nəşr olunub. Vətən sevgisi, kənd həsrəti, daha çox təbiət şeirləri bu kitabın əsas qayəsini təşkil edir. Orjinal forma və məzmun əlvanlığı, özünəməxsus deyim tərzi, ifadə zənginliyi, obrazlılıq bu kitabın ruhundan qırmızı xətt kimi keçir.


Baxış sayı: 220
    
    


    
Türk halkları edebiyyatı / Türk xalqları ədəbiyyatı

Elman Quliyev

(müəllif)

Qısa Təsvir:

Professor Elman Quliyevin Türk halkları edebiyyatı (Ortak Ders Kitabı) / Türk xalqları ədəbiyyatı (ortaq dərs kitabı) müfredata uygun şekilde yazılmıştır. Kitapta Türk halkları edebiyatının (Türkiye Türk, Azerbaycan, Özbek, Türkmen, Kazak, Kırgız, Tatar, İrak-Türkmen) gelişim aşamaları, farklı farklı seçkin yazarlarının hayatı ve eserleri geniş şekilde incelenerek analiz edilmiştir.


Baxış sayı: 201
    
    


    
Tibbi biliklərin əsasları

İqbal Əmənullayev

(müəllif)

Qısa Təsvir:

Bu kitabda tibb təhsili alan tələbələri üçün dərslik kimi işlənib, sahəvi ədəbiyyat olaraq dəfələrlə nəşr olunub.


Baxış sayı: 240
    
    


    
Tibb bacısının ümumcərrahi vərdişləri

İqbal Əmənullayev

(müəllif)

Qısa Təsvir:

Azərbaycan dilində ilk dəfə yazılmış hazırki dərs vəsaiti Tibb kolleclərində tədris olunan “Cərrahi xəstəliklər otolarinqologiyanın əsasları ilə” fənninin proqramına uyğun şəkildə tərtib edilmişdir.


Baxış sayı: 210
    
    


    
Talış dağlarının şəhid oğlu

Camal Lələzoə

(müəllif)

Qısa Təsvir:

İki dildə talışca və azərbaycanca yazıb-yaradan şair, nasir, tənqidçi, ədəbiyyatşünasın bu yeni kitabında Qarabağ şəhidi Elşən Hümmətova həsr etdiyi “Talış dağlarının şəhid balası” poemasında və şeirlərində vətənpərvər şair olaraq ali hisslərini təsvir, sevgiylə tərənnüm edir.


Baxış sayı: 175
    
    


    
Torpaq. Astarlı qəhrəmanlar

Kamalə Abiyeva

(müəllif)

Qısa Təsvir:

Kitabın ana xətti “vətən” dediyin torpağa bağlılıq-vətən sevgisidir. Kitabda bu duyğularla yazılan şeir və hekayələr, eləcə də Birinci və İkinci Qarabağ savaşının şəhidləri, qaziləri haqda esselər yer alıb. Kitabdakı yazılar vətəndən halallıq almaq kimi ali bir duyğuya köklənib. “Torpaq” həm də müəllifin, bütün ağrı-acısına baxmayaraq 44 günlük savaşın qələbə sevincini bizə yaşadanlara, Şuşa ilinə tövhəsidir.


Baxış sayı: 194
    
    


    
Turkiy xalqlar adabiyoti / Türk xalqları ədəbiyyatı

Elman Quliyev

(müəllif)

Qısa Təsvir:

Turkıy xalqlar adabiyoti / Türk xalqları ədəbiyyatı. Özbək dilində.Dərslik tədris proqramına uyğun yazılmışdır. Kitabda türk xalqları ədəbiyyatının (Türkiyə türkcəsi, özbək, türkmən, qazax, qırğız, tatar, İraq-türkman) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil olunmuşdur. 


Baxış sayı: 188
    
    


    
Tələbə taqımı

Etibar Muradxanlı

(müəllif)

Qısa Təsvir:

Cavan nasirin bu yeni kitabına könüllü olaraq Qarabağ cəbhəsinə yollanan tələbə gənclərin qəhrəmanlığından bəhs edən eyni adlı romanı, arxa cəbhə adamlarının mənəvi rəşadətindən danışan “Fəridə nənəgilin pəncərələri” povesti, hüquq-mühafizə orqanları işçiləri və sərhədçilərin şərəfli, çətin işindən söz açan hekayələri daxildir.


Baxış sayı: 178
    
    


    
Tənha köç

Naibə Yusif

(müəllif)

Qısa Təsvir:

İstedadlı şairə, son illərin məhsuldar yazıçının “Tənha köç” adlı bu yeni əsəri xatirə-roman janrında qələmə alınıb, daha çox ictimai-siyasi xarakter daşıyır. Müəllifin məharətlə qələmə aldığı, xalqımızın mürəkkəb tarixi reallıqlarından bəhs edən həqiqqətləri, bu mövzuda olan əsərlər sırasında özünəməxsüs yer tuacağına inanırıq.


Baxış sayı: 192