YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanmış kitabın elektron variantında Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna işıq salınır.Təqdim olunan elektron nəşr Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.
Türk dünyası və milli ədəbiyyatımızın kamil nümayəndəsi, istedadlı bədii-fəlsəfi söz/fikir ustadı, estetik-humanitar, ictimai-mədəni düşüncəmizin görkəmli nümayəndəsi, dəyərli ictimai-siyasi xadim, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, uzun müddət məsul dövlət vəzifələrində çalışmış, Milli Məclisin sabiq üzvü, Xalq şairi Sabir Rüstəmxanlının yarıməsrdən çox yaradıcılıq yolunun ədəbi-poetik, bədii-fəlsəfi nümunələrinin - seçilmiş əsərlərinin elektron variantı. "Azərbaycanın ədəbi-kulturoloji sərvəti" silsiləsindən olan bu e-nəşrlər YYSİB ilə www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın müştərək kreativ-innovativ layihəsi çərçivəsində yayımlanır. 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Bu cildə müəllifin çağdaş milli bədii və tarixi nəsrimizin orijinal nümunələri - "Şair və şər" və "Sünami" romanları daxil edilmişdir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsərləri - hekayələr və romandan ibarət e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr", "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.
İstedadlı yazıçı, AYB-nin və AJB-nin üzvü Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) yeni yaradıcılıq hesabatı - növbəti romanı. Məhsuldar xanım yazar “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət“, "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının və AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının yeni poetik kitabı. Kitabda istedadlı alim-yazarın dünyalarca sevdiyi anasına həsr etmiş olduğu şeir və hekayələrini, habelə nə qədər müdrik insan olduğunu öz həyatı ilə göstərən Nazlı xanımın deyimləri toplanıb. Mahirə Nağıqızının yaradıcılığı mövzu müxtəlifliyi və areal genişliyi ilə deyil, bütün insanlığın cavab axtardığı suallarla da özünəməxsusdur. O bəşəri suallara verilən inandırıcı cavabların hər birinin məna yükünün oxucusunu özünə çəkəcəyini əminliklə demək mümkündür.
Bu nəşr İradə Əlili ilə Sevinc Rzanın qələmə adığı, II Qarabağ - Vətən müharibəsində qazanılan Zəfərin ən böyük hadisələrindən olan Laçın və başqa rayonları güllə atmadan geri qaytaran Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi missiyası, eləcə də bölgə haqqında 4 dilidə sənədli-puplisistik toplunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.
Bu nəşr İradə Əlili ilə Vuqar Şahinoğlunun qələmə adığı, II Qarabağ - Vətən müharibəsində qazanılan Zəfərin ən böyük müəllifi, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi missiyası haqqında ana dilimizdə və türkcə sənədli-puplisistik toplunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.
İstedadlı şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvüünün bu növbəti şeirlər kitabıdakı lirik əsərlərində də xanım müəllif zəmanənin və zamandaşlarının poetik-lirik obrazlarını yaratmağa çalışır, çağdaş insanın duyğularını şeiriyyətə köçürür...
Toplu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən reallaşdırılan "İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı”üçaylıq layihəsi çərçivəsində nəşr olunub.
Sənədli-ensiklopedik məlumat kitabında Naxçıvanın Culfa rayonundan olan I və II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş igidlərimiz, eləcə də Vətən savaşında şücaət göstərimiş qazimiz, Vətən Qəhrəmanı Qəzənfər Bağırlı haqqında məlumatlar toplanıb.
Məhsuldar şairənin sayca beşinci, yeni şeirlər, eləcə də iki poeması – “Yazgül və Süleyman” və “Atamın həyatı” adlı iri həcmli epik əsərlərdən ibarət kitabı.
Kitabları Azərbaycanda və xaricdə nəşr olunan tanınmış yazıçı-publisistin tarixi romanı uzaq tariximizin ən qalmaqallı səhifələrinə həsr olunub. Topluda yazıçının yeni oxunaqlı hekayələri də verilib.