Sabir Qaraqoyunlu (Əfəndiyev). “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir”. Toplu. Təcrübəli müəllim və filologiya elminin təəssübkeş mütəxəssisi kimi daim axtarışlar aparan, nəşr edilən elmi və bədii əsərin dilinə, televiziya verilişlərinə, xüsusən də lüğət vəsaitlərinə böyük tələbkarlıqla yanaşan, titulundan və ad-sanından asılı olmayaraq heç bir müəllifə, yaxud da tərtibçiyə, aparıcıya yol verdiyi dil xətalarına görə güzəştə getmədən, ürək ağrısı ilə obyektiv reaksiya verən, etiraz səsini ucaldan Sabir Qaraqoyunlunun (Əfəndiyev) “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir” kitabı Azərbaycan dilinin saflığına həsr edilib.
Məsiağa Məhəmmədi. "Şəhriyar və zəmanəmiz". Kitaba tanınmış şərqşünas və tərcüməçi Məsiağa Məhəmmədinin dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyar (1906-1988) yaradıcılığına dair müxtəlif illərdə yazılmış məqalələri, eləcə də şairin Mövlana Cəlaləddin Rumiyə (1207-1273) həsr edilmiş iri həcmli şeirinin fars dilindən filoloji tərcüməsi daxil edilmişdir. Kitab şərqşünas və ədəbiyyatşünaslara, eləcə də Şəhriyar poeziyası ilə maraqlanan geniş oxucu kütləsinə ünvanlanır.
Pərvanə Məmmədli. "Cənubi Azərbaycan ədəbiyyatı məsələləri". II hissə. Kitabda filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin Cənubi Azərbaycan ədəbiyyatı probleminə həsr olunmuş məqalə, müsahibə, elmi çalışmaları, eyni zamanda araşdırmaları ilə bağlı yazılmış fikirlər toplanıb. Yazıların bir hissəsi yazılı KİV-də çap olunub, yayılmış, bir hissəsi isi ilk dəfə nəşr edilir.
Şəlalə Həsənova. "Mühacirət irsimizin "Yurd Bilgisi" (Təkrar və əlavələr olunmuş nəşr). Kitabda Azərbaycan mühacir ədəbiyyatşünaslığının problemləri, inkişaf yolları və milli-mənəvi fikir xəzinəsinə verdiyi töhfələr müəyyənləşdirilmişdir.
Firidun Şuşinski. "Azərbaycan xalq musiqiçiləri". Görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinskinin «Azərbaycan xalq musiqiçiləri» adlı samballı əsərində Azərbaycan xalqının mənəvi xəzinəsinin ən maraqlı, aktual sahələrindən birinə toxunulur. Kitabda xalq musiqisi və onun tanınmış nümayəndələri haqqında ilk dəfə ətraflı məlumat verilir.
Faiq Hüsiyev. Xarici ölkələrdə Azərbaycan mətbuatı:1990-2005-ci illər (posтsovet məkanında). Faiq Hüsiyevin xarici ölkələrdə Azərbaycan mətbuatşünaslığının aktual problemlərinə həsr olunmuş monoqrafiyasında postsovet dövrü Azərbaycan mətbuatının tarixi qaynaqları, klassik Azərbaycan mətbuatının demokratik ənənələri fonunda onun sovet hakimiyyəti illərində, habelə, postsovet dövründəki axtarış istiqamətləri tədqiq olunmuşdur.
V.Y.Ulaxoviç. "Müasir diplomatiyada protokol və etiket". Kitabda müasir diplomatiyanın incəlikləri açıqlanır, onun yaranması və inkişafı göstərilir. Diplomatiya praktikasının konkret məsələlərinə xüsusi diqqət yetirilir. Əsər diplomatlara, beynəlxalq münasibətləri öyrənən tələbələrə, işgüzar adamlara faydalı olacaqdır.
MİNAXANIM TƏKLƏLİ. TÜRK ƏSİLLİ RUSLAR. Yazıçı-türkoloq Minaxanım Təkləlinin kitabı türk mənşəli rus soyadlarının yaranma və formalaşma tarixinə həsr edilmişdir. Kitabda mənşəcə türk olan tanınmış rus ailələrinin, o cümlədən böyük şəxsiyyətlərin həyat və fəaliyyətlərini əhatə edən sənədli, tarixi oçerklər verilmişdir.
Məsiağa Məhəmmədi. "Sədi və Hafiz". Kitaba Şərq və dünya ədəbiyyatının iki görkəmli nümayəndəsi, şirazlı Sədi və Hafiz yaradıcılığı haqqında araşdırmaçı, mütərcim, şərqşünas alim Məsiağa Məhəmmədinin kulturoloji-filoloji oçerkləri daxil edilib...
A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev. Üzvi kimya sual və cavablarda. Oxucuların nəzər-diqqətinə çatdırılan “Üzvi kimya sual və cavablarda” dərs vəsaiti qeyd edilən problemin həllinə həsr olunmuşdur. Vəsaitin fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, o üzvi kimyanın materiallarını sistemli şəkildə əhatə edir və onun mənimsənilməsi məqsədini qarşıya qoyur.
Rasim Nəbioğlu, Müşfiq Cabiroğlu. "Vuqar Əhmədin yaradıcılıq yolu". Monoqrafik araşdırma kitabı. Kitabda nəğməkar şai, yazıçı-publisit, ədəbiyyatşünas alim tanınmış düşüncə adamı Vuqar Əhmədin həyat və ədəbi-elmi yaradıcılığı izlənilib, filoloji təhlilə cəlb olunub.