"Şəhidlik: qəhrəmanlıq zirvəsi". Şəhid analarının ismarıcları. Publisitik və poetik əsərlər toplusu. ŞASDİB layihə toplusu. Tərtibçi və redaktor: Almaz Zeynalova. Bu ədəbi-poetik nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan "Sosial şəbəkələrdə "Şəhid analarının ismarıcları" mövzusunda aksiyaların keçirilməsi" layihəsi çərçivəsində hazırlanaraq nəşr edilib.
"Sənətin Firuzəsi". Elmi-filoloji məqalələr. ll Kitab. Topluya tanınmış şairə, alim Firuzə Məmmədlinin poetik, elmi, prozaik yaradıcılığına həsr edilmiş müxtəlif müəlliflərin elmi məqalələr daxil edilib...
Zaur Ustac. "Qələmdar".Məqalələr. E-kitab Bayram Bayramovun 100 illik yubiley tədbirləri çərçivəsində nəşr olunur. Bu kitab dahi yazar Bayram Bayramovun (1918 - 1994) anadan olmasının 100 illik yubiley tədbirləri çərçivəsində nəşr olunur. Kitabda layihənin təşəbbüsçüsü və rəhbəri şair-publisist Zaur Ustacın ayrı-ayrı vaxtlarda müxtəlif KİV (EKİV) - də yayımlanmış gənc yazarlara tövsiyə xarakterli məqalələri toplanmışdır.
"Professor Elman Qulyev: Ömür səhifələri". Elmi-ədəbi publisitika kitabı toplusu.Kitabda görkəmli ədəbiyyatşünas-alim, ədəbi tənqidçi, tanınmış ziyalı E.Quliyevin şərəfli ömür və məhsuldar elmi-pedoqoji fəaliyyəti işıqlandırılır.
İldırım Şükürzadə. “Bizim tələbəlik illəri”. Şənədli-bədii kitab. Kitabda 1990-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin 102/502-ci qrupunda təhsil almış tələbələrdən bəhs olunur. Burada ADPU, Tarix fakültəsi, tarixşünaslıq, qrupda təhsil almış tələbələr, zaçotlar, imtahanlar, qrupda dərs demiş müəllimlər, tələbələrin məzunluq dövrü barədə məlumat verilmişdir.
Zaur Ustac. "Usubcan əfsanəsi" (Məqalələr. I toplu). Bu kitabda Zaur Ustacın müxtəlif elektron kütləvi informasiya vasitələrində dərc olunmuş, olduqca fərqli mövzuları əhatə edən məqalələri toplanmışdır.
Camal Zeynaloğlu: "Cəsur kəşfiyyatçı, igid partizan". Sənədli-bədii əsər. Kitab Böyük Vətən müharibəsi illərində Ukrayna torpağında gizli partizan hərəkatında fəal iştirak edən, misli görünməmiş qəhrəmanlıqlar göstərmiş, alman faşistlərinə qan uddurmuş istedadlı aktyor, cəsur kəşfiyyatçı, igid partizan Xanlar Salman oğlu Babanlının həyat və keçdiyi döyüş yollarından bəhs edir.
Şirin Xanım Kərimbəyli Şadiman. "Söz könlümü qələm etdi" (publisistik düşüncələr, toplu). "Söz könlümü qələm etdi" kitabı müəllifin yaradıcılığı boyu müxtəlif illərdə qələmə aldığı məqalələr toplusudur. Məqalələrin mövzusu bir sıra qələm sahiblərinin yaradıcılığı, habelə siyasi, mədəni, mənəvi həyatımızda baş verən bir çox proseslər barədə söz çələngidir. Ümid edirik ki, "Söz könlümü qələm etdi" kitabı oxucular tərəfindən maraqla qarşılanacaq.
İlham Yaylaqalı oğlu Əliyev.İnsanlığa xidmət. Araşdırma. Bu dəyərli kitabı akademik Həsən Əliyevin elmi-ictimai fəaliyyətinə verilən dəyərli töhfələrdən saymaq mümkündür. Kitabda Həsən Əliyevin Azərbaycan təbiətinin, torpağının, meşələrinin qorunub-saxlanılması və inkişafı sahəsində göstərdiyi xidmətlər elmi faktlar və sübutlarla oxucuların diqqətinə çatdırılır, təbiətşünas alimin elmi tədqiqatlarını əks etdirən bölmələr dolğun, maraqlı və yeni faktlarla qeyd olunur.
Camal Zeynaloğlu. "Xəyalındakı ağ yaylıqlar" (Ədəbi-publisitik kitab). Bu kitab C.Zeynaloğlunun "Yaxşı insanlar sorağında" ədəbi silsiləsindən üçüncü, oxucularıyla isə on yeddinci görüşüdür. Kitab tanınmış jurnalist, istedadlı yazıçı-publisist, şair və ziyalı, Prezident təqaüdçüsü Böyükxan Bağırlının həyat fəaliyyəti və ədəbi yaradıcılığına həsr olunur. Kitabda B.Bağırlının indiyə kimi heç yerdə dərc olunmayan "Sübh yuxusu" adlı yeni bir hekayəsi də verilmişdir.
Camal Zeynaloğlu. "Ağrılı düşüncələrim". (Publisitika. Məqalə və müsahibələr). Bu kitabda yazıçı-publisist, tərcüməçi-psixoloq C.Zeynaloğlunun ayrı-ayrı illərdə yazdığı məqalə və müsahibələritoplanmışdır. Bu müəllifin sayca on dördüncü kitabıdır.
Camal Zeynaloğlu. "Qarabağ dərdi - erməni vandalizmi". (Tarixi həqiqətlər, faktlar...) Sənədli-bədii kitab. Bu kitab Camal Zeynaloğlunun oxucuları ilə on ikinci görüşüdür. Kitabda müəllifin Qarabağ savaşına həsr olunmuş sənədli povesti, hekayələri, məqalələri, ayrı-ayrı tanınmış yazarların Qarabağ haqqındakı yazıları, Dağlıq Qarabağın tarixi, Xocalı soyqırımına dair tarixi həqiqətlər, faktlar, Xocalı şahidlərinin ifadələri və qandondurucu şəkillər verilib. Burada eyni zamanda Birinci Dünya müharibəsi dövründə erməniləri hər vasitə ilə himayə və müdafiə edən rusların onları türklərə qarşı necə silahlandırmasından, törətdikləri kütləvi qırğından, terrordan, erməni vandalizmindən söhbət açılır və dünyadakı erməni terror təşkilatlarının adları açıqlanır...