Çağdaş Azərbaycan realist, lirik, modern, postmodern, şəbəkə bədii nəsri: Romanlar və povestlər. E-antologiya. Milli ədəbiyyatımızın tanınmış nümayəndələrinin əsərlərindən ibarət elektron toplu.
Leyla Əliyeva. "Poeziya". Poetik toplu. Mahir Qabiloğlunun ruscadan tərcüməsində. Kitaba şairə Leyla İlham qızı Əliyevanın müxtəlif illərdə yazdığı 55 şeri daxil edilmişdir. Şeirləri ruscadan dilimizə çevirən və kitab halında çıxmasının təşəbbüskarı yazıçı-publisist Mahir Qabiloğludur.
Coşğun Qarabulud. "Hardan haraya". Coşkun Karabulut. "Nerden nereye". Poetik toplu. Türkiyədə yaşayıb-yaradan, əslən Şəkidən olan şair-publisist Coşğun Qarabuludun “Hardan haraya” şeirlər kitabı onun Azərbaycan oxucuları ilə ilk görüşüdür. Fəlsəfi düşüncələrə, sətiraltı incə yumora köklənən şeirlərin oxucuların marağına səbəb olacağına inanırıq.
Paşa Yaqub. "Məhəbbət ili". Elmi-publisitk kitab. “Məhəbbət ili”kitabında müəllif 2016-çı ilin astronomik hadisələrindən və onların yerə təsirindən bəhs edir. Kitabda həmçinin, kimya, fizika, anatomiya, biologiya, astronomiya, daktiloskopiyya, kibernetka və informatika elmlərinin bugünədək gizli qalan məqamları araşdırılır, onların məişətimizə, həyatımıza təsirindən söhbət açılır. Eləcə də, son dövrlər baş verən müəmmalı təyyarə, qatar və enerji qəzalarının Günəş və Ay tutlmaları ilə əlaqəsini sübut edən hesablamalar və cədvəllər təqdim olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
"Bölgələrdən səslər". Azərbaycanın çağdaş ədəbiyyat toplusu. Azərbaycan Respublikasının bölgələrində yaşayan gənc yazarların şeir, hekayə və esselərindən ibarət toplu...
Mina Rəşid. “Böyüklər bizə baxsın”. Balaca oxucular üçün poeziya toplusu. Kitab müəllifin oxucularla üçüncü görüşüdür. Onun “Könlümün sarı simi” və “Baxmaqla görmək ayrıdır” adlı kitablarından fərqli olaraq bu nəşr uşaqlar üçün nəzərdə tutulub. Bu şeirlərdə uşaq dünyasının şirinliyi, balalarımızın Vətənə, yurda, doğma Qarabağa incə məhəbbəti tərənnüm edilib.
Tofiq Xəzər. "Bərdədən görünən dünya". Roman-epopeya. On altı cilddə. I cild. Azərbaycan və çağdaş dünya ədəbiyyatında bir ilk olaraq 16 cilddə qələmə alınmış bu roman-epopeyanı XX və XXI əsr Azərbaycan tarixinin - mənəviyyatının ədəbi ensiklopediyası da saymaq olar...
Həcər Hüseynova. "Bədii əsərlərin üslubi sintaksisi". (Mir Cəlalın bədii əsərləri əsasında). Elmi monoqrafiya. Bu elektron kitab “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda yazdığı doktorluq dissertasiyası əsasında hazırlanıb.
Şirin Xanım Kərimbəyli Şadiman. Seçilmiş əsərlər” - V cild. Şeirlər, nəzm hekayələr toplusu. Bu yeni kitabında da istedadlı qələm sahibinin maraqla oxunan aktual poetik-bədii yazıları yer alıb. Kitab müəllifin çapdan çıxmış kitablarının əsasında tərtib olunub. Şeirlərin ruhu dünyəvi, milli, vətənpərvərlik, təbiət, məhəbbət mövzuları ilə cilalanıb. Dünyanın ağrı-acılarını öz ürəyində daşıyan müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq...
İlham Əliyev. "İncə Dərəsi" (roman). Yazıçı-publisist İlham Əliyevin qələmə aldığı “İncə dərəsi” romanında da Azərbaycan təbiətinin gözəlliyi, Boz dağın ətəyində yerləşən Çayqovuşan meşələrindən Ulu Tanrının heç nəyi əsirgəmədiyi bədii təsvir vasitələrinin köməyi ilə qələmə alınmışdır.