Tanınmış yazıçı-publisistin bu yeni publisitik-vətənpərvərlik mövzusunda qələmə aldığı “Sözün müharibə rəngi” kitabında müəllifin son bir ildə “İki sahil” qəzetində dərc olunan seçilmiş publisistik məqalələri və esseləri toplanmışdır.
Kitabda 1990-1993-cü illərdəki I Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin II Qarabağ, Vətən müharibəsində şəhid olmuş, qəhrəmanlıq göstərmiş soydaşlarımızın bir qismi haqqında məlumatlar toplanıb.
İradə Əlili və Sevinc Rzanın müştərək qələmə aldıqları sənədli-publisitik kitabında 4 dildə - azərbaycanca, türkcə, rusca, ingiliscə Qarabağ, Laçın həqiqətləri, Vətən müharibəsinin sirləri, qələbələrlə dolu Zəfərimiz sənət dili ilə dünyaya çatdırılır...
Əslən Şuşadan olan şairə, filoloq-alimin Qarabağ, Şuşa həsrəti ilə qələmə aldığı poeziya nümunələrindən ibarət Şuşanın poetik xəritəsi... Kitabda Şuşanın etno-poetik obrazı yaradılıb.
Bu kitab II Vətən müharibəsində Mingəçevir şəhərini təmsil edən qəhrəman oğullardan şəhid Əli və İslam qardaşlarının igidliyindən, nümunəvi döyüş yolundan bəhs edir. Şəhidlərin özlərinin zəhmətlə tikdiyi ev onların adına “Əli-İslam Ev muzeyi” olaraq ziyarətgaha çevrilib.
II Qarabağ müharibəsi iştirakçısının atası, şəhid əmisi olan istedadlı cavan nasirin Vətən müharibəsinin şanlı hadisələrinə həsr olunmuş sənədli-bədii romanı. Roman ilk dəfə "Dəmir Yumruq əməliyyatı 44" adıyla işıq üzü görüb
Neftçalada yaşayıb-yaradan istedadlı cavan şair-publisistin Vətən Müharibəsinin igidlərindən biri haqqında qəhrəmanlıq poeması. Neftçalada Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılova həsr olunmuş bu əsər həm də II Qarabağ müharibəsi haqqında poetik tarixçədir.
İradə Əlili, Vüqar Şahinoğlunun bu müştərək kitabında Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, Müzəffər ordumuzun şücaəti, cəsarəti sayəsində torpaqlarımız işğaldan azad olunması, 44 günlük mücadiləmiz qələbə ilə nəticələnməsi, Qalibiyyətimizin sevinci tərənnüm olunub. İki dildə - azərbaycanca və ingiliscə.
Tanınmış şairin vətənpərlik və Qarabağ mövzusunda poetik əsərlərindən ibarət kitab. Bu e-toplu “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” - QHT Agentliyinin dəstəyi ilə YYSİB-nin kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
“Zəfərnamə”: Qarabağ Zəfərimizin virtual-kreativ tarixi: QHT Agentliyinin dəstəyi ilə YYSİB-nin yeni layihəsi. “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” kreativ layihə
Bu kitab əslən Qubadlıdan olan istedadlı şairin oxucularla dördüncü görüşüdür. Kitab “Zəfər duyğuları”, “İkinci Qarabağ müharibəsindən öncə yaızılanlar” və “Poemalar” başlıqları altında toplanan üç böləmədən ibarətdir.