Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb. Yeni kitabda oxuculara təqdim olunan şeir nümunələri məzmun etibarı ilə şərti olaraq “Zaman və mən”, “İman işığında” və “Sevgi yarpaqları” hissələrinə bölünüb.
Daniyel Defo. "Robinzon Qruzo". Roman. Talış dilinə tərcümə. 1935-ci il nəşrini e-variantı. Bu roman vaxtilə 1935-ci ildə Bakıda, "Azərnəşr" nəşriyyatı tərəfindən talış dilində nəşr olunub. Raritet nəşrin əldə olan hissələrindən ibarət e-kitab.
Daniel Defo. "Robinzon Kruzo". Məşhur ingilis yazıçısı Daniel Defonun "Robinzon Kruzo" (1719) romanında adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə azmi, iradə möhkəmliyi, dözümlüyü, yaradıcı əməyi tərənnüm olunur. Əsər adi insanın yaradıcı fəaliyyətinin imkanlarına inam hissi aşılayan bir roman kimi bizi məftun edir. Saysız-hesabsız oxuculara nəsilbənəsil bədii zövq vermiş "Robinzon Kruzo" öz qəribə macəralarıyla hər yaşda oxunan kitabdır.
Dəstəgül Zamanlı. Saçlarımda çiçəkləyir həsrətin. Poetik toplu. "Saçlarımda çiçəkləyir həsrətin" adlı şeirlər kitabı tat və azərbaycanca yazan Dəstəgül Zamanlının oxuculara ilk ərmağanıdır. Bu kitabda şeirin,şeir yazmağın yoluna bələd olan, sozün nazını çəkən, klassik vəmüasir şeir nümunələrində ürəyinin çırpıntılarını zərif lirikaya bükən şairin sevgi dolu həsrətini, qəmini, kədərini, bəxtindən Tanrıya şikayətini, Vətənə, təbiətə, insanlara məhəbbətini əks etdirən şeir nümunələri toplanmışdır.
Dəstəgül Zamanlı. “Əçummən mara bədur” - "Gözümdən getmə uzaq". Tat və Azərbaycan dilində poetik toplu. Kitaba müəllifin ana dilində yazdığı bayatılar və azərbaycanca qələmə aldığı yeni şeirləri daxil edilib.
Dəstəgül Zamanlı. "Biz məğlub olmamışıq". I Kitab. Azərbaycan uğrunda Qarabağda vuruşan, ölkəmizdə yaşayan müxtəlif millətlərin və etnik qrupların nümayəndələrinə aid kitab. "Gənclərin Virtual Multikulturalizm Mərkəzi". E-kitab N 04 (45- 2016)
Dəyanət Osmanlı. "Nəfəsimin qatili". Poetik toplu. Kitaba istedadlı şair D.Osmanlının müxtəlif illərdə qələmə aldığı poetik nümunələrdən seçmələr daxil edilib.
Demokratiya: gediləsi uzun bir yol... Demokratiya və antidemokratiya antologiyası e.ə.430 - b.e.1998. Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir. Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verir.
Deyanet Osmanlı. "The sound of blood". It’s devoted to all people in the world. Deyanet Osmanli"s selected poems had been compiled in the book. Dəyanət Osmanlı. "Qanın səsi". İngiliscə.
Dilarə Vəkilova və Əlövsət Bəşirlinin imzası ilə "Mütərcim" nəşriyyatında bu günlərdə işıq üzü görmüş "Bizim dünya" kitabı əsasında e-nəşrə hazırlanmış bu elektron kitabında hekayələr, xatirələr, oçerklər və başqa oxunaqlı yazılar toplanmışdır. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.