Azad Nəbiyev. "Azərbaycan xalq ədəbiyyatı". İki cilddə. I kitab. (Ali məktəb tələbələri üçün dərslik). Ədəbiyyatşünas alim, f.e.d., professor Azad Nəbiyevin bu elmi-filoloji kitabında Azərbaycan xalq ədəbiyyatının müxtəlif məsələləri araşdırılır. Kitab vaxtilə ali məktəb tələbələri üçün dərslik kimi yazılsa da, bu sahədə ana dilimizdə işıq üzü görən sanballı elmi əsərlərdən biri hesab olunur.
Ağamusa Axundov. "Ümumi dilçilik". Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları. (Ali məktəb tələbələri üçün dərslik). Akademik, dilçi-alim Ağamusa Axundovun bu fundamental filoloji kitabında ümumi dilçiliyin tarixi, nəzəriyyəsi və metodları, eləcə də milli dilçilik məsələləri araşdırılır. Kitab vaxtilə ali məktəb tələbələri üçün dərslik kimi yazılsa da, bu sahədə ana dilimizdə işıq üzü görən sanballı elmi əsərlərdən biri sayılır.
Ramiz Quliyev. "Yerquruluşu. Yerquruluşunun elmi əsasları". I cild. Dərslik "AT050000-Yerquruluşu və torpaq kadastrı" istiqaməti üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərslikdə torpaq haqqında müasir təlim açıqlanır, torpaq ehtiyatlarından səmərəli istifadənin və onların mühafizəsinin elmi - metodiki əsasları verilir, Azərbaycanda torpaq münasibətlərinin formalaşması tarixinə ekskurs edilir, bu münasibətlərin inkişaf perspektivləri müəyyənləşdirilir.
Gülxani Pənah, Tural Məzahiroğlu. "Azərbaycan ədəbiyyatında detektiv janrı" (Çingiz Abdullayevin yaradıcılığı əsasında). Filoloji araşdırma. Qərb ədəbiyyatında geniş inkişaf etmiş detektiv janrının incəliklərindən bəhs edən filoloji tədqiqat əsəri.
Natəvan Dəmirçi qızı Atamoğlanova. (Natəvan Dəmirçioğlu) "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan beynəlxalq radiosunun rolu". Elmi dissertasiya. Bakı -YYSQ - 2014.
Virtual elm" e-dərgi N 2. "Milli-mənəvi dəyərlərə elmi yanaşma". Elmi məqalələr toplusu. Araşdırma məqalələrində toplusunda, qorunması gərək olan milli-mənəvi adət-ənənələrimizə, el yaddaşımızın bərpası gərəkli problemlərə elmi yanaşma sərgilənir. Yazılarda milli-mənəvi dəyərlərimizin qorunmsaında yeni nəslin, ümumən vətəndaşlarımızın üzərinə düşən vəzifələrdən söz açılıb. Daha çox elmi məzmun daşıyan məqalələr toplusu geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Bəxtiyar Əliyev və Lalə Cabbarova. "Duyğu və qavrayış". Ali məktəblərin qiyabi şöbələri üçün metodik vəsait. Psixologiya ilə maraqlanan hər kəs üçün maraqlı ola biləcək bu monoqrafik vəsait Azərbaycan dilində azsaylı elmi mənbə sayılır.
Teyfur Məlikov. "Müşahidə nəticələrinin riyazi araşdırılması". Kitab ali texniki universitet tələbələri, magistr və aspirantları, həmçinin elmi-tədqiqat institutları əməkdaşları üçün nəzərdə tutulmuşdur.
Vüqar Əhməd. "Ədəbiyyatşünaslıq". Ali məktəblərin filologiya fakultəsi tələbələri üçün dərsli. Filologiya elmləri doktoru, şair, ədəbiyyatşünas-alimin bu vəsaitdən kollec və orta məktəblərin müəllim, tələbə və şagirdləri, elmi işçilər və ədəbiyyatsevərlər də faydalana bilərlər.