Əslən Lerikdən - II Qarabağ müharibəsi iştirakçısının atası, şəhid əmisi olan istedadlı cavan nasirin Vətən müharibəsinin şanlı hadisələrinə həsr olunmuş romanı.
Kitab məhsuldar şair-publisitin mətbuatda işıq üzü görmüş məqalələrindən seçmələr daxil edilib. Topludakı çağdaş humanitar-estetik düşüncəmizdə izi olan bir çox ziyalılar, intellektuallar, peşəkarlar haqqında səmimi yazılar oxucuların diqqətini cəlb edəcək.
Tanınmış yazıçı-publisistin bu yeni publisitik-vətənpərvərlik mövzusunda qələmə aldığı “Sözün müharibə rəngi” kitabında müəllifin son bir ildə “İki sahil” qəzetində dərc olunan seçilmiş publisistik məqalələri və esseləri toplanmışdır.
Əslən Şuşadan olan şairə, filoloq-alimin Qarabağ, Şuşa həsrəti ilə qələmə aldığı poeziya nümunələrindən ibarət Şuşanın poetik xəritəsi... Kitabda Şuşanın etno-poetik obrazı yaradılıb.
Bu kitab II Vətən müharibəsində Mingəçevir şəhərini təmsil edən qəhrəman oğullardan şəhid Əli və İslam qardaşlarının igidliyindən, nümunəvi döyüş yolundan bəhs edir. Şəhidlərin özlərinin zəhmətlə tikdiyi ev onların adına “Əli-İslam Ev muzeyi” olaraq ziyarətgaha çevrilib.
Tanınmış şairin vətənpərlik və Qarabağ mövzusunda poetik əsərlərindən ibarət kitab. Bu e-toplu “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” - QHT Agentliyinin dəstəyi ilə YYSİB-nin kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Görkəmli yazıçı-publisit, tanınmış romanist əsərləri xarici dillərə çevrilərək Rusiya, ABŞ, Türkiyə, İranda və başqa ölkələrdə çap olunan müəllifin dini-mənəvi mövzuda qələmə aldığı yeni oxunaqlı romanı.
Kitabda toplanan, milli mədəniyyət, adət-ənənələr, ədəbiyyatımız, kreativ-humanitar düşüncəmizə dair məqalələr uzun illərin, qızğın araşdırmaların bəhrəsidir. Müəllif yeməklərdən, deyimlərdən, gözəllikdən, xanımılardan, atributlardan, bayramlarımızdan, tarixi abidələrimizdən, dildən və s. yazır: çox maraqlıdır ki, heç zaman öz sahəsindən qırağa çıxmır, hər şeyə bir kulinar gözü ilə baxır...
İstedadlı yazıçı-publisistin II Vətən - Qarabağ müharibələrində igidlik göstərərək şəhidlik zirvəsinə qalxmışlar, qazilər və qəhrəmanlar haqqında sənədli-publisitik kitabı
Yeni poetik topluda tanınmış şairə-alim Firuzə Məmmədlinin son illərdə yazdığı şeirlər toplanmışdır. Bu şeirlərin əksər hissəsi ilk dəfədir ki, nəşr olunur.