Təranə Turan Rəhimli. "Ədəbiyyatdan Əbədiyyətə". Elmi-filoloji məqalələr toplusu. Cavan alim, yazıçı-tədqiqatçı T.T.Rəhimlinin bu yeni e-kitabına onun dövri mətbuat və elmi məcmuələrdə işıq üzü görmüş filologi araşdırmaları, ədəbi-tənqidi yazıları toplanıb.
Gülxani Pənah. "Mir Cəlalın elmi-nəzəri görüşləri". Filoloji-elmi tədqiqat əsəri. Bu monoqrafikelmi əsərdə professor, elmlər doktoru, görkəmli xalq yazıçısı, alim Mir Cəlalın elmi yaradıcılığı tədqiq olunur.
"Virtual elm" e-dərgi N 1. "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri". Ali məktəblərarası elmi məqalələr məcmuəsi. "АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ ИЗУЧЕНИЯ ГУМАНИТАРНЫХ НАУК". Межвузовский сборник научных статей. "THE ACTUAL PROBLEMSOF STUDY OF HUMANITIES". Interuniversity collection of scientific articles.
Elçin Əlibəyli. "Televiziya nəzəriyyəsinin əsasları". Elmi monoqrafik əsər. Kitabda müəllif televiziya təhlilinin metodoloji əsaslarını, təhlil tipini, xüsusiyyətlərini yaratmağa çalışmış, məhz bu kontekstdən analiz verməyə cəhd edərək təhlil metodologiyasının nəzəri əsaslarının yaradılması problemi həll edilmişdir.
Cəmilə Çiçək (İsbəndiyarova). "Səməd Vurğun - Aşıq Şəmşir dastanı". Filoloji-elmi tədqiqat əsəri. Gənc tədqiqatçı, publisit və yazar Cəmilə Çiçəyin bu araşdırmasında XX əsr Azərbaycan poeziyasının iki qolu - peşəkar yazılı ədəbiyyat və Aşıq sənəti müqayisəli təhlilə cəlb olunur, orijinal mətn verlir.
Gülxani Pənah. "Fikrət Sadığın poetikası". Filoloji-elmi araşdırma kitabı. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir. Bu kitabda tanınmış şair Fikrət Sadığın yaradıcılıq yoluna nəzər salınır, elmi-müqayisəli təhlillərlə çağdaş Azərbaycan poeziyası araşdırılır. "Göydən ulduzları gözlə dərərdik" (1996), "Yurd yanğısı" (1998), "Oğuz şəhidləri, itkinləri" (2000), "Bura Vətəndir (2001), «Qarabağ dərdi» (2006), «Dədə Şəmşir harayı» (2006) və s. kitablarında toplanan milli vətənpərvərlik ruhunda yazdığı şeirlər, poemalar, hekayələr və dram əsərlərin müəllifidir.
Cavanşir Yusifli. "Ramiz Rövşən yaradıcılığı poetk sistem kimi". Filoloji fantaziya - elmi araşdırma. Araşdırmada kiçik bir dövrün çox mürəkəb hadisələri lakonik dillə, fərqli yanaşma və incələmə üsulları ilə öyrənilir. Bu kitabda Ramiz Rövşən təkcə öz nəsildaşlarının əhatəsində deyil, daha çox mənsub olduğu etnik-mədəni sistemin çərçivəsində – təsir və əks təsir qovşağında araşdırılır.
Yeqzar Cəfərli. "Ədəbi cərəyanlar və klassik irs". Elmi-filoloji araşdırmalar. E-kitaba gənc araşdırmaçı və yazıçı Yeqzar Cəfərlinin çağdaş ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş araşdırmaları və Əli Fəhmi monoqrafik tədqiqat əsəri daxil edilib.
Aynura Paşayeva. "Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povesti haqqında" (Məni nə vədə Şuşaya yetirərsən?). Magistr dissertasiyası əsasında monoqrafiya. Elmi ictimaiyyətin diqqətinə təqdim edilən bu monoqrafiya müəllifin magistr dissertasiyasının əsasında yazılmışdır.
Cavanşir Yusifli. "Azərbaycan komediyasının poetikası". Doktorluq dissertasiyası əsasında elmi-filoloji monoqrafiya. E-kitabda ədəbiyyat nəzəriyyəsi sahəsinə fərqli baxış sərgilənir. YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi”.