Dərsliк universitetlərin mаşın qаyırmа, cihаzqаyırmа və metаllurgiyа iхtisаslаrı üzrə təhsil аlаn bакаlаvrlаr, mаgistrlər, eyni zаmаndа istehsаlаtdа çаlışаn mühəndis-teхniкi işçilər üçün nəzərdə tutulmuşdur.
Kitabda Boloniya prosesinin meyadana gəlməsi tarixi, onun məqsədi, məzmunu, vəzifəsi və b. cəhətləri göstərilmişdir. Azərbaycan Respublikasının bu prosesə qoşulması ilə Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühum addım kimi atıldığı açıqlanan bu kitab üç dildə - Azərbaycanca, rusca və ingiliscə oxuculara təqdim edilir...
"Hidrogeoloji tədqiqat üsulları". Ali məkəblərin bakalavr pilləsi üçün dərslikdə yeraltı su yataqlarının öyrənilməsinin ümumi prinsipləri, müasir hidrogeoloji tədqiqatların əsas növləri, hidrogeoloji tədqiqat üsulları araşdırılır...
"Coğrafiya tarixi". Azərbaycanda coğrafiya elmi, onun sahələrinin inkişaf tarixi və görkəmli coğrafiyaçı alimləri və s. haqqında kitabda geniş məlumat verilir. Dərs vəsaiti tələbələr, magistrlər, aspirantlar və orta məktəbin coğrafiya müəllimləri üçün nəzərdə tutulur.
Azərbaycan dilində ilk dəfə işıq üzü görən "Kitabxana menecmentinin əsasları" adlı dərs vəsaitində idarəetmənin daha geniş təzahürü kimi meydana çıxan kitabxana menecmentinin mahiyyəti hüquqi əsasları, məqsədi, vəzifələri, funksiyaları və prinsipləri elmi şəkildə ümumiləşdirilərək təhlil edilir.
«Ərzaq malları əmtəəşünaslığı» dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və teхnologiya istiqamətlərində müхtəlif iхtisaslar üzrə təhsil alan tələbələr və bu sahədə çalışan mütəхəssislər üçün nəzərdə tutulmuşdur.
"Sığorta fəaliyyətinin əsasları" monoqrafiya - dərs vəsaiti ali və orta təhsil məktəblərinin "Sığorta işi" fənni əsasında hazırlanıb. Kitabdan ali və orta təhsil ocaqlarının tələbələri, bakalavr və macistrlər, eləcə də sığorta işində çalışan mütəxəssislər yararlana bilərlər.
Dərslikdə Аzərbаycаndа fəаliyyət göstərmiş və göstərən xоrlаr hаqqındа tаrixi mаteriаllаrın geniş elmi-nəzəri və prаktiki cəhətdən təhlili II fəsildə, xоrun növ və tipləri isə IV fəsildə öz əksini tаpmışdır. Eləcə də burаdа xоr pаrtiyаlаrı, оnlаrın tərkibi, diаpаzоnlаrı hаqqındа geniş dаnışılır. Dərslikdə xоrlа iş təcrübəsinin ən çətin və vаcib sаhələrindən biri оlаn intоnаsiyа və xоrun kökünün təmizliyi məsələləri аrаşdırılır. Burаdа intervаllаrın, mаjоr və minоr tоnаllıqlаrının intоnаsiyа edilməsi izаh edilərək, xоr ifаçılığındа intоnаsiyа təmizliyi və kökün dəqiqliyinin vаcib оlmаsı qeyd оlunur.
Kitaba müəllifin «Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili («Dağılan tifaq» pyesi əsasında)», «Cəlil Məmmədquluzadənin sovet dövrü felyetonlarının dili» monoqrafiyaları, tarix və dil tarixi problemlərinə həsr olunmuş (2001-2007) məqalələri daxil edilmişdir.
"Turizmin əsasları" adlı dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tarixində yenilik kimi qiymətləndirilə bilər. Dərslikdə turizm sahəsinə kompleks şəkildə yanaşılmış, turizm elminin müasir tələbləri nəzərə alınmışdır. Dərslik ali və orta ixtisas məktəblərin professor - müəllim heyəti və tələbələri, mədəniyyət və incəsənət işçiləri, turizm marketinqi mütəxəssisləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Filologiya elmləri namizədi Sədaqət Məmmədovanın bu kitabında "Mədəniyyətşünaslıq" fəlsəfə elminin müstəqil bir sahəsi kimi təqdim olunur. Kitabda mədəniyyətin formalaşma tarixinə nəzər salınır, dünya və Azərbaycan filosoflarının irsinə istinadən Azərbaycanda milli-mədəni şüurun formalaşması, mədəniyyət və sivilizasiya, dövlət və mədəniyyət, mədəniyyət və cəmiyyət problemlərinin ətraflı şərhi verilir. Dərs vəsaiti əsasən ali məktəblərin bakalavr mərhələsi üçün nəzərdə tutulsa da, ondan magistrlər, aspirant və doktorantlar, ümumiyyətlə geniş oxucu kütləsi də istifadə edə bilərlər.