Monoqrafiyada türk bədii təfəkkürünün ən möhtəşəm abidəsi sayılan "Dədə Qorqud kitabı"nın əslinə uyğun oxunub açıqlanmasında fikir ayrılığı yaradan mübahisəli məqamlar araşdırılmış, ilkin yazılış əsas götürülməklə tarixi leksikanın verdiyi faktlara istinadən bəzi söz, deyim və soylama parçalarının arxaik mənası şərh olunmuşdur.
Vəsaitdə ion və plazma mənbələrinin işinin əsasında duran fiziki proseslər, habelə onların quruluşları və funksional parametrləri nəzərdən keçirilir. İon dəstələrinin və vakuumda qalıq qazın tərkibinin kütlə analizi metodları təsvir edilir. Kitab məzmunu və inşa edilmə səviyyəsinə görə fiziki elektronika sahəsində çalışan elmi əməkdaşlar üçün nəzərdə tutulmuşdur, habelə uyğun iхtisaslı aspirant və maqistrlara tövsiyə edilə bilər.
Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətləri ümumiləşdirilib elmi nəticələr çıxarılır. Burada kitabxanaların xalqımızın mədəni-mənəvi tərəqqisində və cəmiyyətdəki rolu haqqında Heydər Əliyevin fikirləri şərh olunmuş, həmçinin onun XX əsrin II yarısında respublikada kitabxana şəbəkələrinin inkişafı, kitabxanaların mərkəzləşdirilməsi, kitabxana fondlarının inkişafı, əhaliyə kitabxana xidmətinin yaxşılaşdırılması, kitabxanaların maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti konkret faktlar əsasında təhlil edilmişdir.
Monoqrafiyada türk dünyasının böyük oğlu, dilçi, publisist, rəssam, həkim, şair, musiqiçi, ideoloq-ensiklopedist sima olan Əli bəy Hüseynzadənin dilçilik görüşləri araşdırılır. Onun türk xalqlarının ədəbi dilinə, mətbuat üslubuna, imla və tərcümə məsələlərinə, alınma sözlərə münasibəti aydınlaşdırılır. Monoqrafiyadan dilçi bilginlər, filoloji yöndə çalışan mütəxəssis və tələbələr istifadə edə birlərlər.
Хalq folklorundan və klassik dünya ədəbiyyatından bəhrələnmiş, müəyyən dövrlərdə isə uşaq oхusu kimi dəyərləndirilmiş müхtəlif janrlı ədəbiyyat nümunələri artıq ХIХ əsrin maarifçilik dövrü müstəvisində müstəqil bir sahə kimi təşəkkül tapmış və mərhələli şəkildə inkişaf etmişdir. Bu monoqrafiyada Azərbaycan uşaq ədəbiyyatının yarandığı dövrdən bu günə qədər olan mərhələli inkişafı mövcud elmi mənbələrə istinad edilməklə tədqiq edilmiş və ətraflı şərh olunmuşdur.
"Üç əsrin yüz otuz ili" kitabı görkəmli teatrşünas-alim, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatrı" silsiləsindən növbəti kitabıdır. Kitab Akademik Milli Dram Teatrının keçdiyi 130 illik yaradıcılıq yolunu qısaca təcəssüm etdirməklə kollektivin çağdaş həyatı barədə ətraflı məlumat verir.
Dərs vəsaiti Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin hüquq fakultələrinin tələbələri, hüquq- mühafizə orqanlarının əməkdaşları və respublikanın hüquq ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.
Mövсud ədəbiyyatlardan və müəlliflərin öz tədqiqatlarının nətiсələrindən istifadə etməklə tərtib olunmuş bu dərs vəsaitində hidrogeoloji və mühəndisi-geoloji işlərdə aerokosmik şəkillərin deşifrələnməsi metodikası və geofiziki üsulların tətbiqi imkanları haqqında məlumat verilir. Müxtəlif tektonik şəraitlərdə hidrogeoloji və mühəndisi-geoloji məsələlərin həlli zamanı geofiziki və aerokosmik üsulların tətbiqi konkret misallarla göstərilir. Dərs vəsaitində, həmçinin aerokosmik təsvirlərin tətbiqinin proqnoz aspektləri də işıqlandırılır.
Əsərdə marksist nəzəriyyə ehkamlarından imtina edilir, klassik filologiyanın və semiotikanın elmi prinsipləri əsas götürülür. Kitabın orijinal cəhəti nəzəriyyə kursuna ədəbi əsərin təqdimi ilə yanaşı, sözün, obrazın, mifin, yazı dilinin nə mətn nəzəriyyəsinin,dilin mənşəyinin izahı ilə bağlı problemlərin də daxil edilməsidir. Əsər tələbələr, müəllimlər, filosof və dilçilər, nəzəriyyəni öyrənənlər və sevənlər üçün nəzərdə tutulmuşdur.
XX əsrin ən böyük şərqşünaslarından biri olan Yevgeni Eduardoviç Bertels (1890-1957) orta əsrlər Azərbaycan ədəbiyyatının, xüsusilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin poetik irsinin tədqiq, tərcümə və təbliğ olunmasında böyük xidmətlər göstərmişdir. Monoqrafiyada alimin bu yöndə apardığı araşdırmalar təhlil obyekti kimi götürülmüş və ədəbiyyatşünaslıq elminin müasir səviyyəsindən qiymətləndirilmişdir.