Hazırda qardaş Türkiyədə yaşayan, çağdaş Azərbaycan ədəbi-poetik düşüncəsinin istedadlı nümayəndəsinin yeni poeziya kitabı. Bu maraqlı kitаbdа istedadlı xanım şairənin müxtəlif illərdə qələmə aldığı lirik-fəlsəfi, ictimai məzmunlu şeirləri toplanıb.Kitabdakı şeirlərin mərkəzində insan, onun yaradanı və dünyanı dərk etməsi məsələsi durur. Mövcudluq, həyatın mənası, ədalətsizlik, müharibə, ayrılıq, həmçinin eşq, sevgi, iç dünyasına yolçuluq kimi düşüncələr fəlsəfi-poetik dillə ifadə olunur. Kitab boyu müəllif poetik düşüncələrinin Füzuli–Bakı–İstanbul dövrlərinin təzahürünü ya şayır. Oxucular bu topluda empatiya və həssaslıq duyğusunun poetik əksini görəcəklər.