Dövlətlərin, xalqların üzləşdikləri bəşəri fəlakətlərə baxmayaraq, insan tacirləri öz biznes maraqlarından əl çəkmirlər. “Malayziyada açılan səhər” bədii romanı da məhz bu mövzuda qələmə alınıb. Sunamidən sonra İndoneziya sahillərində baş verən dağıntılar altından xilas edilən kimsəsiz uşaqlar insan alverçilərinin qurbanına çevrilirlər.
İlham Yaylaqalı oğlu Əliyev.İnsanlığa xidmət. Araşdırma. Bu dəyərli kitabı akademik Həsən Əliyevin elmi-ictimai fəaliyyətinə verilən dəyərli töhfələrdən saymaq mümkündür. Kitabda Həsən Əliyevin Azərbaycan təbiətinin, torpağının, meşələrinin qorunub-saxlanılması və inkişafı sahəsində göstərdiyi xidmətlər elmi faktlar və sübutlarla oxucuların diqqətinə çatdırılır, təbiətşünas alimin elmi tədqiqatlarını əks etdirən bölmələr dolğun, maraqlı və yeni faktlarla qeyd olunur.
İlham Əliyev. “Qanlı vadi” (sənədli roman). “Qanlı vadi” sənədli romanında müstəqilliyin ilk illərində Azərbaycanda baş alıb gedən hüquqsuzluq, başıpozuqluq, adam oğurluğu və səs-küylü qətllərdən bəhs edilir. Romanda dolanışıq ucbatından fahişəliyə məcbur olmuş, özü də bilmədən qatillərin, adam oğrularının əhatəsinə düşmüş gənc Afaqın və kənd müəllimi Natiqin başına gələnlərin fonunda dövlət orqanlarında himayəçilər tapmış cinayətkar dəstələrin əməlləri ifşa olunur.