Astara rayonunun abidələrini əhatə edən və bu sahədə işıq üzü görən ilk kitablardandır. Kitab elmi-informativ, fakt və məlumaların zənginliyi, məzununun mükəmməliyi baxımından diqqət çəkir.
Lənkəranlı pedaqoq, araşdırmaçı-yazar A.Əliyevin bu yeni sənədli kitabı və II Qarabağ müharibəsi, orada gedən mürəkkəb qlobal, regional proseslər, igidliklə vuruşan Milli Ordumuzun hərbişiləri, cənublu qəhrəman döyüşçülər haqqında maraqlı tədqiqat əsəridir.
Aqşin Əliyev. "Masallının tarix və mədəniyyət abidələri - ziyarətgahlar". Tarixi-publisistik kitab. Kitabda Masallı rayonunun tarix abidələri və ziyarətgahları haqda geniş məlumat verilmişdir. Əsas xətt etibarı ilə Masallı rayonu ərazisində yerləşən qədim qalalar, qədim qəbiristanlıqlar, qədim mağaralar, qalaçalar, kurqanlar, nekropollar, məscidlər, hüseyniyyələr, yaşayış məskənləri, ləmlər, bulaqlar, hamamlar, qoç fiqurları, körpülər və yaşayış evləri haqda ensiklopedik məlumat öz əksini tapmışdır. “Masallının tarix abidələri və ziyarətgahları” kitabı, adından da göründüyü kimi, ancaq Massallı rayonundakı tarixi abidələr və ziyarətgahlara həsr olunmuşdur.
Aqşin Əliyev. "Bəhramnamə". I Hissə. "Babər qalası". Tarixi-bədii roman. Kitabda ərəblərin İran, Əfqanıstan, Tacikistan, Azərbaycan və Taleşana yürüşü əks olunub. “Bəhramnamə” kitabında, adından da göründüyü kimi, o dövrdə Sasanilər imperiyasının ərazilərindən biri olan Taleşanın Babər qalasının hakimi Bəhram Fərruxzadın azadlıq mübarizəsi əks olunmuşdur.
Aqşin Mistanlı (Əliyev). "Cənub bölgəsinin abidələr ensiklopediyası". Tarixi-ensiklopedik məlumat kitabı. Təkmilləşdirilmiş II nəşri. Məhsuldar araşdırmaçı Aqşin Mistanlı cənub bölgəsinə daxil olan rayonların ərazisində yerləşən tarixi-etnoqrafik abidələri elmi xüsusiyyətləri saxlamaq şərtilə, sənədli ocerk janrından istifadə etməklə, oxucuya təqdim etmişdir. Burada, müəllif cənub bölgəsində yerləşən arxeoloji, memarlıq, ölkə və yerli əhəmiyyətli abidələri bir-bir araşdırmış və bu kitabda oxucuya təqdim etmişdir.
Aqşin Mistanlı. "Cənub bölgəsinin abidələr ensiklopediyası". Tarixi-ensiklopedik məlumat kitabı. Məhsuldar araşdırmaçı Aqşin Mistanlı cənub bölgəsinə daxil olan rayonların ərazisində yerləşən tarixi-etnoqrafik abidələri elmi xususiyyətləri saxlamaq şərtilə, sənədli ocerk janrından istifadə etməklə, oxucuya təqdim etmişdir. Burada, müəllif cənub bölgəsində yerləşən arxeoloji, memarlıq, ölkə və yerli əhəmiyyətli abidələri bir-bir araşdırmış və bu kitabda oxucuya təqdim etmişdir.
Aqşin Mistanlı (Əliyev. "Haftoni: qəlbimdəki yeddi bulaq". Etnoqrafiq-vətənpərvərlik kitabı. Kitabda doğma el-oba, Qarabağ şəhidləri, müharibə veteranları haqqında maraqlı hissələrlə gənclərdə vətənə sevgi duyğuları aşılanmağa çalışılır.