İstedadlı müəllifin bu yeni kitabı Lənkəranın mətbuatının yaranma tarixi və inkişaf mərhələləri, media nümayəndələri, çap edilmiş qəzetlər haqqında müfəssəl məlumatlarla zəngindir. Kitabda "Leninçi", "Lənkəranın səsi", "Aşkarlıq", "Söz", "Məşəl" kimi qəzet və dərgilər haqqında maraqlı faktlar verilir.
İstedadlı jurnalist, yazıçı-publisistin Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində doğularaq boya-başa çatmış, I və II Vətən - Qarabağ müharibələrində igidlik göstərərək şəhidlik zirvəsinə qalxmış vətən övladlarımız, qazilər və qəhrəmanlar, eləcə də Əfqanıstan veteranları haqqında bədii-sənədli, publisitik məqalələr toplusu. İkinci, təkmilləşdirilmiş nəşri.
Publisitik-etnoqrafik kitabda Azərbaycanımızın dilbər bölgəsində yerləşən Lənkəran rayonu Nərimanabad qəsəbəsinin tarixi, coğrafiyası, sakinləri, ictimai-sosial, mədəni həyatı haqqındadır.
Hacı Etibar Əhədov. "Günəşə boylanan Vilvan". Publisitik-etnoqrafik kitabda Azərbaycanımızın dilbər bölgəsində yerləşən Lənkəran rayonu Vilvan kəndinin tarixi, coğrafiyası, sakinləri, ictimai-sosial, mədəni həyatı haqqında ədəbi ensiklopediyadır.