Bu e-nəşr II Qarabağ - Vətən müharibəsi iştirakçısı Cəbrayıl, Qubadlı, Laçın rayonları uğrunda gedən döyüşlərdə vuruşmuş, göstərdiyi qəhrəmanlığa görə “Qarabağ” ordeninə, bir çox medallara layiq görülmüş baş leytenant Həsən Rzazadənin döyüş və ömür yoluna həsr olunmuş toplunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.