Tanınmış şairə, publisist, düşüncə adamı Xuraman Muradovanın bu yeni poetik kitabı Qarabağ Zəfərinin müəllifi Ali Baş Komandan, Heydər Əliyev siyasi-dövlətçilik ocağının layiqli davamçıs, Prezident İlham Əliyevin tarixi xidmətləri haqqındadır. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır. Silsiləyə əlavə nəşr 1.
Uzun illərdi sahibkar kimi çalışan, xeyirxah insan kimi tanınan və sevilən Xuraman Muradova vətənə, xalqa olan sevgi hisslərini, duyğularını poeziyanın dilində qələmə almağı bacarıb. İncə ruhlu şeirləri ilə oxucu qəlbinə yol tapıb.