Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Türk Kitabı. Unudulan tarix - dəyişdirilən adlar. Kitabda ulu türk torpaqlarında əsrlər boyunca adı dəyişdirilən, yad adlarla əvəzlənən əski türk məskənləri

Müəllif:

Bələdçi


Kateqoriya:

Tarix. Tarix elmi



Qısa Təsvir:

Türk Kitabı. Unudulan tarix - dəyişdirilən adlar. Kitabda tarixən türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu türk torpaqlarında bir neçə yüz illər boyunca adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski türk məskənlərindən bəhs edilir. Əldə olunan пəticələr vasitəsillə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur.


Baxış sayı: 3443
    
    


Türk Kitabı


Unudulan tarix - dəyişdirilən adlar

 

 

 Kitabda tarixən türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu türk torpaqlarında bir neçə yüz illər boyunca adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski türk məskənlərindən bəhs edilir. Əldə olunan пəticələr vasitəsillə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur.

 

 

 

ÖN SÖZ


TÜRKÜN AYAQ İZİ POZULMAZ...

 


Ürəyimi sizə açıram, əziz oxucum...

Çin səddindən Balkanlara, Sibirdən Bəsrə körfəzinə qədər yayılan türk xalqları, ulusları, uruqları sanki göy üzündə sıralanmış, geniş səmada səf çəkib düzülmüş milyon illərin ulduzları tək gözqamaşdıran, cazibədar parıltılarıyla çox
yaxın görünsələr də, uzaq, qədim, qatı açılmayacaq, sirri sorulmayacaq qədər mübhəm bir tarix daşımaqdadırlar.
Tarixən çox geniş coğrafiyaya malik olan türk xalqları təəssüf ki, tarixin çox ağır yollarından, çətin burulğanlarından keçib gələ-gələ son yüzilliklərdə,
xüsusən sonuncu XX əsrdə bir-birindən din, dil, mədəniyyət və bununla bir çox psixoloji-mənəvi cəhətləriylə də çox aralı düşmüşlər. Türk xalqlarının bir-birindən kəskin surətdə ayrı düşməsi rus imperializminin bir neçə yüzilliklər boyunca türk torpaqlarına qarşı istilaçı yürüşləri və bu yürüşlərin doğurduğu ədalətsiz müharibələrdə həyata keçirilirdi.
Rus çarı III İoann Vasilyeviç zamanından əsası qoyulan, I Pyotr və II Yekaterina dövründə güclənən, daha sonrakı imperatorlar tərəfindən xüsusi şiddətlə aparılan müstəmləkəçilik siyasəti planlarıyla bir vaxtda həyata keçirilən
məkrli tədbirlər sırasında tarixin də təhrifi, mənbələrin saxtalaşdırılması, bu məsələyə yönəlmiş baxışların da kökündən dəyişdirilməsi işi gedirdi.
İmperatriça II Yekaterina çox mürəkkəb və özündə risq təhlükəsi daşıyan siyasət yürüdürdü. Şimalda İsveçlə, imperiyanın cənubunda isə türklərlə vuruşaraq o, öz dediyi kimi Türkiyəni Avropadan sıxışdırıb çıxarmaq, onun paytaxtı qədim İstanbulu "Konstantinopol"u zəbt etməklə Rusiyaya sadiq din qardaşları olan Balkanlarda, habelə Qara dəniz ətrafı ölkələrdə Yeni Yunanıstan dövləti qurmağı nəzərdə tuturdu. Orada hökmdarlıq edəcək çar isə Rus imperatoru ailəsindən çıxmalı idi. Bu uzaqgörənliklə hazırlanmış, çox incə düşünülmüş plan idi. Hətta özünün iki nəvəsinə ad qoyarkən də bu ideyanı unutmamışdı, onların daşıdığı ad da Yekaterinanın siyasi məqsədindən xəbər verirdi. Böyüyünü tarixən isveçlilər üzərində qələbə çalan Aleksandr Nevskinin şərəfinə Aleksandr adlandırmışdı;
ortancılı Konstantinin boynuna "şanlı" Çarqradda - Konstantinopolda yunan çarlığını qurmağın şərəfi və şöhrəti düşürdü. İstila olunmuş yerlərin ruslaşdırılması çox qısa, diqqətlə düşünülmüş, spesifik üsullarla həyata keçirilirdi. İndi həmin dəyişilmə kompaniyasından kənarda qalan yer adlarından başqa heç nə bu yerlərin əski türk torpaqları olduğunu
xatırlatmır. Dərsliklərdən uzaqlarda, kitabxanalar küncündə toz basmış tarix kitablarındakı bir-iki xəsis səhifələri də oxumaq, ədalətli nəticələr hasil etmək isə hələ ağıllara belə gəlmir. Bütöv əsrlər boyu sürən gah fırtınalı dalğalar tək coşan dəhşətli müharibələr, bitib tükənmək bilməyən sonsuz münaqişələr bu torpaqlarda Rus-İran və ardıcıl aparılan Rus-Türk müharibələri, amansız istilalar, yerli xalqların saysızhesabsız kütləvi ixtişaşları, milli-azadlıq hərəkatına qədər yüksələn xalq həyəcanları, qan içində boğulan üsyanlar, qanlı müstəmləkə siyasətinin əsl məzmunu idi.
Zərbənin ağırı da istila onunan Böyük Sibir, Türküstan, bütöv Qafqaz haqqındakı tarixi həqiqətlərə dəyir, bu yerlərin əsl əhalisi olan türk etnoslarının varlığını bilərəkdən şübhələrə bürüyən saxta tarixlər, bilgilər yaradılırdı. Geniş ərazilərin, türk torpaqlarının adları dərişdirılir, köçürülmələrlə, yerli xalqları ucdantutma xristianlaşdırmaqla türk etnoslarını assimliə edib, tarixə, taleyə hökm edilirdi.