
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında
"Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi seriyası
Elektron kitab N 45 (12 - 2025)
Bu elektron nəşrlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsini həyata keçirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı fəaliyyətlər çərçivəsində hazırlanaraq yayımlanır.
Kulturoloji layihənin maliyyələşdirən qurum:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Xüsusi qeydlər:
1. Bu elektron kitablar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. E-nəşr ediləcək materialların mövzusu Agentliyin mövqeyini əks etdirməyə bilər. Bu e-kitablarının məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir: bu baxımdan kitabların məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər.
2. Saytın bu bölümü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Saytın mövzusu Agentliyin mövqeyini əks etdirməyə bilər. Saytın məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər.
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
https://kitabxana.net/e-library.php?cate=205
Rəsmi FB səhifəmiz:
www.facebook.com/kreativlayihe
www.facebook.com/groups/kitabxana
“Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi silsiləsindən
ЛЕЗГИ ЧIАЛАННИ АЗЕРБАЙЖАН ЧIАЛАН ГАФАРГАН
ТуькIуьрайбур: С.Къ.Керимова ва М.Н.Меликмамедов
Ктабда 70.000 уьлчме гьатнава
LƏZGİCƏ-AZƏRBAYCANCA LÜĞƏT
Tərtibçilər: S.Q.Kərimova və M.N.Məlikməmmədov
Kitaba 70.000 lüğət vahidi daxil edilmişdir
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb
Milli Virtual-Elektron Kitabxananın e-nəşri - 2025
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Рецензентар:
Агьмедулагь Гуьлмегьамедов,
филологиядин илимрин доктор,
Россиядин ТIебии Илимрин Академиядин академик
Аждер Агъаев,
педагогикадин илимрин доктор, профессор,
Россиядин Педагогикадин ва Социал Илимрин Академиядин академик
Фаида Гъаниева,
филологиядин илимрин доктор
Rəyçilər:
Əhmədullah Gülməhəmmədov,
filologiya elmləri doktoru,
Rusiya Təbii Elmlər Akademiyasının akademiki
Əjdər Ağaev,
pedaqoji elmlər doktoru, professor,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki
Faida Qəniyeva,
filologiya elmləri doktoru
L02(15) Лезги чIаланни азербайжан чIалан гафарган: 70.000 уьлчме (ТуькIуь райбур: С.Къ.Керимова ва М.Н.Мелик мамедов). – Баку, “Азербайжан” чапхана, 2015. - 800 ч.
L02(15) Ləzgicə-azərbaycanca lügət: 70.000 lüğət vahidi (Tərtibçilər: S.Q.Kə ri mova və M.N.Məlikməmmədov). – Bakı, “Azərbaycan” nəşriyyatı, 2015. - 800 səh.
Nüfuzlu yazar və tədqiqatçılar - Sədaqət Kərimova ilə Müzəffər Məlikməmmədovun hazırladığı bu fundamental e-nəşr - "Ləzgicə - Azərbaycanca" lüğət olaraq ölkəmizdə yaşayan qədim xalqın dilinin öyrənilməsi, tədqiq edilməsi, araşdırlması, gələcək nəsillərə çatdırılması, elektronlaşdırılması baxımında dəyərli bir mənbədir. Bu e-kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Müəllifin digər e-kitabları burada:
https://kitabxana.net/author.php?author=792
ÖN SÖZ
Geniş oxucu kütləsinə təqdim olunan bu nəşr ləzgicə-azərbaycanca ilk böyük lüğətdir. O, öz qarşısına ləzgi dilini öyrənənlərə, habelə ləzgi dilindən Azərbaycan dilinə tərcümə işi ilə məşğul olanlara kömək etmək məqsədini qoymuşdur. Eyni zamanda lüğətin ləzgi ədəbi dili nin sözlərini araşdıranlara da köməyi olacaqdır.
Lüğət tərtib edilərkən, 1950-ci ildən indiyədək nəşr olunmuş rusca-ləzgicə, rusca-azərbaycanca, həmçinin ləzgicə-rusca və azərbaycanca-rusca lüğətlərdən, bu dillərdə çapdan çıxmış orfoqrafiya lüğətlərindən və izahlı lüğətlərdən geniş istifadə olunmuşdur.
Bu lüğət digər lüğətlərdən bir neçə cəhətdən fərqlənir. Birincisi, ona sovet dövründə heç bir ehtiyac olmadan başqa dillərdən ləzgi dilinə gətirilmiş bir çox sözlər salınmamışdır. Çünki ləzdi dilində bu sözlərin hamısının qarşılığı vardır. Eyni zamanda müasir ədəbi dildə işlənən, amma dilin təmizliyinə xələl yetirən, onun qanunarı ilə uzlaşmayan, onu korlayan xeyli sözlər də lüğətə düşməyib. İkinci cəhət qədim sözlərlə bağlıdır. Ötən əsrlərdə ləzgi dilində işıq üzü görmüş kitablardakı yüzlərlə qədim sözlər lüğətdə əksini tapıb. Bunlar dilin geniş imkanlara malik olduğunu sübuta yetirən, onun təmizliyini qoruyub saxlamağa imkan verən sözlərdir. Eyni zamanda son yüzillikdə meydana gəlmiş təzə sözlərə də geniş yer verilib.
Daha bir cəhət. Lüğətdə çox işlənən dialekt sözləri də öz əksini tapıb. Bu zaman ləzgi dilinin dialektləri arasında leksika baxımından bir o qədər də böyük fərq olmadığı, əksər sözlərin bütün dialektlərdə eyni cür işləndiyi, bu sözlərin ədəbi dili inkişaf etdirməkdə əhəmiyyətli rol oynadığı əsas götürülmüşdür.
Ümumiyyətlə, lüğətə 2 minədək çox qədim, təzə və dialekt sözləri salınıb. Buraya əvvəllər geniş istifadə olunmuş, indi köhnəlmiş bəzi sözlər də düşüb. Eyni zamanda lüğətə 1998-2014-cü illərdə “Samur”qəzeti redaksiyası əməkdaşlarının xalqdan topladığı və ilk dəfə olaraq “Гафалаг” (“Lüğət”) rubrikası ilə qəzetdə dərc olunmuş 4 minədək söz də salınmışdır. Təbii ki, belə əhatəliliyə baxmayaraq, ləzgi dilinin bütün sözlərini kitaba salmaq mümkün olmamışdır.
Bu nəşrdə ləzgi dilində işlənən idiomatik və frazeoloji ifadələrdən geniş istifadə olun muşdur. Onların azərbaycanca müvafiq qarşılığı, bu kimi qarşılıq olmadıqda isə izah şəklində tərcüməsi verilmişdir. Təqdim olunan lüğət əsasən tərcümə lügətidir. Lakin eyni zamanda izahlı lüğət ünsürləri də saxlanmışdır. Bu, başlıca olaraq siyasi, elmi, fəlsəfi, tarixi və s. terminlərə aiddir.
Bu nəşr həm ləzgi, həm də Azərbaycan dilini öyrənənlərə töhfədir.
Oxucularımızdan xahiş edirik ki, lüğətlə bağlı irad və təkliflərini bu ünvana bildirsinlər: sedagetkerimova@gmail.com
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Azərbaycanın kulturoloji tolerantlığı
YYSİB-nin yeni kreativ layihəsi haqqında məlumat
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsini həyata keçirməyə başlayıb.
YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, reallaşdırılmasına başlanılan üçaylıq layihə 1 iyun – 31 avqust 2025-ci il tarixlərində həyata keçiriləcık və geniş fəaliyyət planına malikdir. Müxtəlif fəaliyyət növləri – real tədbir, virtual aksiya, e-sərgi, sosial şəbəkələrdə kreativ kampaniyayla yanaşı, kitabxana.net portalında xüsusi olaraq yaradılan “Azərbaycanın kulturoloji tolerantlığı” adlı altbölümdə silsilə formatlı 10-dan çox elektron kitabın rəqəmsallaşdırılması, ictimai yayımı, təqdimat mərasiminin keçirilməsi, eləcə də mövzunu əhatə edəcək 4 buraxılış İnternet TV verilişin çəkilməsi, montajı, yayımlanması nəzərdə tutulur. Azərbaycanda yaşayan xalqların bəzilərinin ana dillərində yazdıqları əsərlərdən ibarət ədəbiyyat, kulturoloji İnternet resursu, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqların da qismən doldurulmağa yönələn layihə komandası artlıq işinə başlayıb.
Bu günlərdə Layihə komandasının geniş açıqlamasında isə bildirilir ki, ölkəmizdə yaşayan xalqların Azərbaycanca və öz dillərində ədəbiyyatları, folkloru, etnoqrafiyası, multikultural və tolerant dəyərləri araşdırılaraq gənc nəsilə tanıdılması, sevdirilməsi də əsas məqsədlərdən biridir. İnternet dövrdə etnik dillərdə yazıb-yaradan düşüncə adamlarının yaradıcılığını, xalqlarımızın yerli dillərini yaşatmaq, mədəniyyətlərini yaymaq üçün kreativ platforma, resurslar sosial şəbəkə və yeni media kontenti yaratmaq vacibdir. Yerli xalqların/etnik qrupların dərslik, kitab, başqa e-nəşrlərini çapa hazırlayaraq yaymaq üçün vahid İnternet resursuna ehtiyac duyulur. Layihənin əsas məqsədi də bu kulturoloji sərvəti ölkəmizdə təbliğ etmək, dünyaya, indiki və gələcək nəsillərə çatdırmaqdır. Bu mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual kreativ-humanitar fəaliyyətlərinin əsas ideoloji istiqamətindən biri də post-müharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün respublikamızda yaşayan xalqlar arasında həmrəyliyi daha da möhkəmləndirməyə nail olmaqdır. Dünyada gedən mürəkkəb geo-siyası proseslər, xüsusə nə qonşu ölkələrdəki münaqişələr, iqtisadi çətinliklər, qlobal iqtisadiyyatda böhran, işsizlik və ideoloji boşluq kimi mənfi hallar daha çox gəncləri öz təsirinə alır. II Qarabağ müharibəsindəki Zəfərin - Qələbənin enerjisini Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gənclərə yönəltmək vacibdir. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni texnoloji alətləridir.
Ölkəmizin indiyə qədər qazandığı milli-mədəni dəyərlər, mədəni-tarixi, humanitar-estetik sərvətlərin, xüsusən də müxtəlif xalqların mental-kreativ imkanları İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi üçün yaradılması vacib bu cür elektron resurslardan daha geniş istifadə yeni nəslin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, fərqli kreativ-kulturoloji formatlar tələb edir.
Fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda e-nəşrlərin, sosial media məhsullarının hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək “Azərbaycanın kulturoloji tolerantlığı” seriasından silsilə elektron kitablarını rəqəmsal nəşri, İnternet TV formatlı verilişlərin hazırlanaraq nümayişi, e-kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, təqdimatlar vasitəsilə gənclərin motivasiya edilməsi layihənin əsas vəzifələrindən sayılır.
Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə cəmiyyətimizin daha sürətli mədəni, sivil, intellektual inkişafına nail olmaqdır. Qlobal İnformasiya Resurslarında - İnternetdə Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanmasına da çalışılacaq. Dünyadakı soydaşlarımız üçün elektron resurs, Azərbaycan e-kitabları, alternativ imkanlar yaradılacaq, milli təhsil və kitab mədəniyyəti inkişaf etdiriləcək.
Layihə, ümumən, Azərbaycan ərazisində, xüsusən də Bakı və Lənkəran şəhərində, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsi ilə soydaşlarımız yaşayan dünya ölkələri əhatə edir. Layihədən, əsasən, məktəbli və tələbələr, eləcə də alternativ - məsafəli təhsil həvəskarları - müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər bəhrələcək.
Son nəticədə mədəniyyətə, etnik, kulturoloji yaradıcılığa və kreativ sahələrin inkişafına xidmət edəcək layihə paytaxt və regionlarda ədəbi-mədəni sahələrdə bacarıqların inkişafını təşviq edən tədbirlərin, neo-maarifləndirici təşəbbüslərin həyata keçirilməsinə yönəlib. Layihə komandasının planına görə, yeni elektron kitablar, e-nəşrlər, şəbəkə ədəbiyyatı nümunələri hazırlanacaq, virtual oxu/mütaliə və e-yazı vərdişləri formalaşdırılacaq, elektron resurslar yaradılacaq, xalqlarımızın dilləri, ədəbiyyatları, mədəniyyətləri, əsərlər təbliğ olunacaq. Azsaylı xalqlarımızın və etnik azlıqların anadilli mədəniyyətin əsas hissəsini təşkil edən folklor, ədəbiyyat, çağdaş əsərlər, elektron kitablarla bağlı məlumatların sayı İnternetdə çox azdır. Layihə bu istiqamətdə boşluqları dolduracaq, eləcə də II Qarabağ müharibəsində Azərbaycanı sevədiklərini sübut edən yaradıcı qələm adamlarına öz ana dillərində əsərlər yazmağa motivasiya verilər. Etnik dillərdə yazıb-yaradan yazarlara şəbəkə və e-kitab estetikasıyla tanış olaraq ÜmumAzərbaycan mədəniyyətinin yeni qatlarını yaratmaq istiqamətində öz töhfələrini verəcəklər.
Bu layihədə növbəti dəfə sistemli şəkildə Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti, ədəbiyyatı, folkloru, yaradıcı potensialı haqqında İKT və vizual-virtual formatlarda müraciətlər olunacaq, elektron kitabxana vasitəsi ilə təbliğ və tanıtımı aparılacaq. İnternet, İnformasiya-Komunikasiya Texnologiyaları, yeni virtual və smart alətlərdən yararlanmaq planlaşdırılır. Sonuncu mərhələ kimi kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Layihə Azərbycandakı azsaylı xalqların xalqının milli mədəniyyəti - ədəbiyyatı, estetik-kreativ, folklor-kulturoloji sərvətləri,etnik dillərdə yazan yazıçı və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq.
Hidayət – Ayxan Əbilli
YYSİB sədr müavini,
Analitik İnformasiya Bölümünün əməkdaşı