İstedadlı cavan yazıçının poeziya və bədii nəsr kitabı. "Boz dünyaya səyahət" etmək istəyirsiniz? O zaman mavi ekrandan bir az uzaq əyləşin. Özünüzə əylənmək üçün rahat bir guşə seçin. Sevincinizi və kədərinizi də götürməyi unutmayın! Bir az sonra, “Boz kəpənək” qarşınızda uçmağa başlayacaq. Onun kövrək qanadlarına toxunduqca, həzin bir boşluğa düşəcəksiniz. “Qəhvəyi pencəkli oğlan”ın hekayələri sizə özünüzdən danışacaq. “Daşlar ulduzlarla görüşəndə” isə indiki zamandan qopub keçmişlə gələcək arasında var-gəl edəcəksiniz. Nəyahət, özünüzü elə bir Yerdə tapacaqsınız ki, bura nə olmaq istəyəcəyiniz yerdir, nə də olmaq istəməyəcəyiniz. ...Daha boz rəng sizi qorxutmayacaq...
İmzası artıq oxuxulara yaxşı tanış olan gənc araşdırıcı Yeqzar Cəfərlinin bu monoqrafiyasında Azərbaycan ədəbiyyatının 80-ci illər nəslinə mənsub olan tanınmış nasir və tərcüməçi Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı hekayə, povest və romanları araşdırılıb. Müəllif yazıçının əsərlərinin mövzu, üslub, dil, obrazlar sistemi və başqa xüsusiyyətlərini araşdırır, onun portretinin maraqlı cizgilərini aşkara çıxarır.
Gənc alimin "Den Braunun bədii mətnlərində gerçəklik və onun postmodernist strukturu (“Da Vinçi şifrəsi”, “Cəhənnəm”, “Mələklər və şeytanlar” romanları əsasında") mövzusunda elmi işi əsasında hazırlanmış, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissirtasiyası
Yeqzar Cəfərli. "Ədəbi cərəyanlar və klassik irs". Elmi-filoloji araşdırmalar. E-kitaba gənc araşdırmaçı və yazıçı Yeqzar Cəfərlinin çağdaş ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş araşdırmaları və Əli Fəhmi monoqrafik tədqiqat əsəri daxil edilib.
Yeqzar Cəfərli. “Uçurum”! – Bu toplu gənc dostumuz Yeqzar Cəfərlinin bədii kitabıdır. O, yaradıcılığa ədəbiyyatın ən mürəkkəb sahəsi olan ədəbi tənqiddən başlayıb. Bilirsiniz – yazarlar yaradıcılığa “istedadın üzə çıxmasının ən qolay yolu” sayılan şeirlə başlar, bu da olmazsa kiçik hekayələrlə başlarlar adətən. Ancaq Yeqzar hələ III kurs tələbəsiykən böyük ədəbiyyatçı alim Əli Fəhmi haqqında araşdırmalar aparmış, 2011-ci ildə “Adiloğlu” nəşriyyatında “Əli Fəhmi dünyası” monoqrafik kitabını çap etdirmişdir. Bununla da yetinməyən gənc yazar respublika mətbuatında ardıcıl olaraq öz publisistik və tənqidi yazıları ilə çıxış etməkdədir...
Yeqzar Cəfərli. "Əli Fəhmi dünyası"... Gənc tədqiqatçı-yazar Yeqzar Cəfərlinin bu kitabı ədəbiyyatşünas-alım, tanınmış şərqşünas Əli Fəhminin həyat və yaradıcılığı haqqında materiallardan ibarətdir...