Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı və məhsuldar nümayəndəsinin yeni poetik kitabının elektron variantı. Şairin indiyə qədər 6 kitabı - "Dağlar çağırır məni", "Ürəyimə gələn söz", "Mənim ürəyimə köçüb kəndimiz", "Təbiət yaşadır məni", "Torpaqdan baharın nəfəsi gəlir" və "Təbiət dilini öyrədir bizə" şeirlər toplusu nəşr olunub. Vətən sevgisi, kənd həsrəti, daha çox təbiət şeirləri bu kitabın əsas qayəsini təşkil edir. Orjinal forma və məzmun əlvanlığı, özünəməxsus deyim tərzi, ifadə zənginliyi, obrazlılıq bu kitabın ruhundan qırmızı xətt kimi keçir.