AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının növbəti poetik kitabı. Bu, şairin əsasən son üç ildə, müxtəlif mövzuları əhatə edən şeirlər toplusudur. İstedadlı şairənin bu kitabında da lirik-fəlsəfi duyğuların poetik təzahürü olan şeirlərində əbədiyaşar ideallarla baş-başa qalacağınıza şübhə etmirik. Ona da inanacaqsınız ki, insan duyğuları və məntiqinin tandemindən yaranan həmin ideallar bəşəriyyətin ömrü qədərdir.
AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının növbəti poetik kitabı. Bu, şairin əsasən son üç ildə, müxtəlif mövzuları əhatə edən şeirlər toplusudur. Bu kitabda insan üçün ən mərhəm duyğuların poetik təzahürü olan şeirlərdə haçansa gördüyünüz, yaxud cizgilərini yaddaşınızda canlandırdığınız mənzərələri, o mənzərələrin komponentlərini təşkil edən detalları, başlıcası, bütün bunların fövqündə dayanmış əbədiyaşar ideallarla baş-başa qalacağınıza şübhə etmirik. Ona da inanacaqsınız ki, insan duyğuları və məntiqinin tandemindən yaranan həmin ideallar bəşəriyyətin ömrü qədərdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının və AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının yeni poetik kitabı. Kitabda istedadlı alim-yazarın dünyalarca sevdiyi anasına həsr etmiş olduğu şeir və hekayələrini, habelə nə qədər müdrik insan olduğunu öz həyatı ilə göstərən Nazlı xanımın deyimləri toplanıb. Mahirə Nağıqızının yaradıcılığı mövzu müxtəlifliyi və areal genişliyi ilə deyil, bütün insanlığın cavab axtardığı suallarla da özünəməxsusdur. O bəşəri suallara verilən inandırıcı cavabların hər birinin məna yükünün oxucusunu özünə çəkəcəyini əminliklə demək mümkündür.