
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan bədii nəsri”
Bədii-poetik e-kitablar seriyası
Elektron kitab N 60 ( 09 - 2024)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan bədii nəsri” mövzusunda kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Ədəbi-bədii nümunələrdən ibarət toplu
Bakı - YYSİB – 2024
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2024
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Məhsuldar və istedadlı yazıçının bu yeni kitabına müxtəlif janrlarda qələmə aldığı oxunaqlı əsərləri daxil edilib. Bu əsərlərdə müxtəlif problemlərin həllinə işıq salınır, düşüncə adamının hiss və həyəcanları, cəmiyyəti dala atan məsələlər ətrafında mövqeyi ortaya qoyulur, zəmanədaşlarının obrazı iyaradılır.
Redaktor: Aləm Kəngərli
Kitabda müəllifin günümüzün probemlərinə toxunduğu müxtəlif janrlarda əsərləri toplanmışdır.
REDAKTORDAN
“Çuxurnamə” Yalçın Nəbiyevin “O dünya” romanından sonra tanış olduğum ikinci kitabıdır. Əvvəlki kitabında olduğu kimi, bu kitabda da müəllifi həmişə düşündürən mövzulara müraciət edilmiş, cəmiyyətdəki neqativ hallar tənqid olunmuş, qlobal problemlər qaldırılmışdır. “Çuxurnamə” həyatımızın özüdür, rastaşdığımız mənfiliklər, həyati problemlər, adi məişət məsələlərindən tutmuş cahilliyə, ən kiçik insani zəiflikdən tutmuş ən dərin fəlsəfi məsələlərə qədər müəllifin dəqiq müşahidə edib qələmə aldığı bir kitabdır. Kitabdakı yazılar çox böyük dəqiqliklə müxtəlif janrlara bölünərək “Səhnəciklər”, Satirik hekayələr”, “Felyetonlar”, “Etüdlər” və “Təmsillər” başlığı altında qruplaşdırılmışdır. Lakin istər janrca, istərsə də mövzuca olduqca rəngarəng olan bu yazıları bir ruh birləşdirir. Ən böyük həcmlisindən tutmuş ən kiçiyinə qədər bu yazılarda gözəl yumoristik, satirik bir üslub, rəvan bədii dil, usta təsvir və təhkiyə var. Bu yazıların istisnasız olaraq hamısında insanlıq, nəciblik, alicənablıq, dürüstlük təbliğ olunur, nəfs, cəhalət, yalan, yaltaqlıq, rüşvətxorluq və sair tənqid edilir. Yalçın Nəbiyevin yaratdığı tipik obrazlar gündəlik həyatımızda rastlaşdığımız insanlardı. Oxucu hər sətirdə həyatın özünü görür, müəlifin fikri ilə razılaşır, oxuduqlarını özününküləşdirir. İnanıram ki, bu kitab ətrafında çox böyük oxucu kütləsi toplayacaq, müəllifinə daha böyük şöhrət gətirəcəkdir. Yalçın Nəbiyevə daha böyük yaradıcılıq uğurları arzulayır və ondan yeni-yeni əsərlər gözləyirik.
Müəllifin digər elektron kitabları burada:
https://kitabxana.net/book.php?id=5190
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.