Bu növbəti e-nəşr də II Qarabağ - Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igidlərimizə hər olunan romanın elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.
Hərbi-vətənpərvərlik mövzusunda qələmə alınmış bu maraqlı romanı I Qarabağ savaşının iştirakçısı “Qarabağın Dilədruz anası” adını almış Qazi Diləfruzun xatirələri əsasında qələmə alınıb. Əsərdə baş qəhrəmanın II Qarabağ - Vətən Müharibəsində vuruşanlara mənəvi-psixoloji dəstəkləməsi, Azərbaycanda yaşayan xalqların, o cümlədən cənub bölgəsi igidlərinin əziz xatirəsi yad edilir.
İstedadlı şairə, məhsuldar nasirin “Zərbə” romanı 2016-ci il Aprel döyüşlərinin qəhrəmanlarına həsr edilib. Müəllifin xüsusi istedadla qələmə aldığı, bu roman bəy nəslinin tarixi- psixoloji məqamlarınıdan, kişilik, mərdlik dünyasından bəhs edirdisə, “Zərbə” romanı tamamilə yeni bir aspektdə inkişaf edir, müasir dövrümüzün ən böyük problemi olan Qarabağ hadisələrinin fəlsəfəsini önə çəkir.

İstedadlı şairə, son illərin məhsuldar yazıçının “Tənha köç” adlı bu yeni əsəri xatirə-roman janrında qələmə alınıb, daha çox ictimai-siyasi xarakter daşıyır. Müəllifin məharətlə qələmə aldığı, xalqımızın mürəkkəb tarixi reallıqlarından bəhs edən həqiqqətləri, bu mövzuda olan əsərlər sırasında özünəməxsüs yer tuacağına inanırıq.
Şirvanda yazıb-yaradan istedadlı yazıçının bu yeni romanında Azərbaycana və soydaşlarımıza qarşı rus-sovet şovinizminin riyakar, işğalçı siyasəti, erməni vandalizminin qəddarlığı, vəhşiliyi obrazlı nümayiş olunur. Müəllifin məharətlə tarixi gerçəkliyi özündə yaşadan və obrazların dili ilə acı həqiqqətlərə aydınlıq gətirən bu əsərində qələbə ilə başa çatan sonluq haqqın-həqiqətin təntənəsidir.