Məhsuldar və istedadlı yazıçının bu yeni kitabına sənədli-realistik, bədii-xronoloji formada qələmə aldığı oxunaqlı və aktual əsəri daxil edilib. Bu araşdırma əsərində - sənədli-bədii kitabında intellektual müəllif fəaliyyətində qapalılığa üstünlük verən DTK ilə bağlı müxtəlif tarixi məsələlərə işıq salınır, sabiq SSRİ və müstəqil Azərbaycanın ilk illərində ermənilərin ölkəmizə, xalqımıza qarşı törətdikləri beynəlxalq terror hadisələrinə qiymət veriir, düşüncə adamının hiss və həyəcanları, cəmiyyəti dala atan problemlər ətrafında mövqeyi ortaya qoyulur, zəmanədaşlarının real obrazları, xarakterləri yaradılır. Kitabın Dövlət Təhlükəsizlik Komitasi haqqında yazılan azsaylı intellektual, sahəvi ədəbiyyat nümunəsi kimi ədəbiyyat tariximizdə özünəmüxsüs yer tutacağına inanırıq.
Məhsuldar və istedadlı yazıçının bu yeni kitabına müxtəlif janrlarda qələmə aldığı oxunaqlı əsərləri daxil edilib. Bu əsərlərdə müxtəlif problemlərin həllinə işıq salınır, düşüncə adamının hiss və həyəcanları, cəmiyyəti dala atan məsələlər ətrafında mövqeyi ortaya qoyulur, zəmanədaşlarının obrazı yaradılır.
İstedadlı yazıçının bu yeni kitabına "O dünya" romanı daxil edilib. “O dünya” romanı müxtəlif problemlərin həllinə işıq salması ilə seçilir. Yazıçı fantaziyasının, bədii təfəkkürünün məhsulu olan bu romanda müəllifin Tanrı sevgisinə rəğbəti, dini fanatizmə qarşı barışmaz mövqeyi öz əksini tapmışdır.