Kitab II Qarabağ - Vətən müharibəsinin başlanması və ilkin səbəbləri, 44 günlük Vətən müharibəsinin xronologiyası, bu savaşda xüsusi qəhrəmanlıq, şücaətlər göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin igidləri, şəhid və qaziləri, Milli Ordunun qəhrəman əsgərləri haqqındadır.
Camal Zeynaloğlu. "Ömrün qızıl payızı..." Kitab tanınmış yazıçı-publisist, tərcüməçi, AYB və AJB-nin üzvü Camal Zeynaloğlunun 60 illik yubileyinə həsr olunur. Kitabda yazıçının xatirələri, dostları və tanışlarının ürək sözləri, müəllimlik fəaliyyəti, habelə, həmkarlarının, qələm sahiblərinin, tədqiqatçı alimlərin onun yaradıcılığı haqqında fikirləri işıqlandırılır. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Camal Zeynaloğlu. " Snayper qız". Müharibə mövzusunda gözəl əsərlər müəllifi C.Zeynaloğlunun bu yeni kitabı Qarabağ savaşında vətəni, torpağı, dövləti uğrunda döyüşən Azərbaycanın cəsur, mərd, qəhrəman oğullarına həsr edilmiş povest, hekayə və esselərdən ibarətdir.
Camal Zeynaloğlu: "Cəsur kəşfiyyatçı, igid partizan". Sənədli-bədii əsər. Kitab Böyük Vətən müharibəsi illərində Ukrayna torpağında gizli partizan hərəkatında fəal iştirak edən, misli görünməmiş qəhrəmanlıqlar göstərmiş, alman faşistlərinə qan uddurmuş istedadlı aktyor, cəsur kəşfiyyatçı, igid partizan Xanlar Salman oğlu Babanlının həyat və keçdiyi döyüş yollarından bəhs edir.
Camal Zeynaloğlu. "Baş tutmayan intihar". Hekayə və esselər. Bu kitab yazıçı-publisist Camal Zeynaloğlunun oxucuları ilə sayca on doqquzuncu görüşüdür.Oxucuların ixtiyarına verilən bu kitabda müəllifin son dövrlərdə qələmə aldığı insanları xeyirxah əməllər görməyə səsləyən və Qarabağ savaşına həsr etdiyi yeni hekayə və esseləri toplanmışdır.
Camal Zeynaloğlu. "Xəyalındakı ağ yaylıqlar" (Ədəbi-publisitik kitab). Bu kitab C.Zeynaloğlunun "Yaxşı insanlar sorağında" ədəbi silsiləsindən üçüncü, oxucularıyla isə on yeddinci görüşüdür. Kitab tanınmış jurnalist, istedadlı yazıçı-publisist, şair və ziyalı, Prezident təqaüdçüsü Böyükxan Bağırlının həyat fəaliyyəti və ədəbi yaradıcılığına həsr olunur. Kitabda B.Bağırlının indiyə kimi heç yerdə dərc olunmayan "Sübh yuxusu" adlı yeni bir hekayəsi də verilmişdir.
Camal Zeynaloğlu. "Qəfil döyülən qapı". (Povest və hekayələr). Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihəsi. Elektron Kitab N 29 (36 - 2015)
Camal Zeynaloğlu. "Ağrılı düşüncələrim". (Publisitika. Məqalə və müsahibələr). Bu kitabda yazıçı-publisist, tərcüməçi-psixoloq C.Zeynaloğlunun ayrı-ayrı illərdə yazdığı məqalə və müsahibələritoplanmışdır. Bu müəllifin sayca on dördüncü kitabıdır.